Modern.az

Misir Mərdanov Müəllimlər İnstitutunun müəllimlərinə töhmət verib

Misir Mərdanov Müəllimlər İnstitutunun müəllimlərinə töhmət verib

14 Aprel 2010, 14:28

Bu ilin martında Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialının III kurs tələbəsi tərəfindən müraciət daxil olub.

Təhsil Nazirliyinin mətbuat xiidmətindən verilən məlumata görə, həmin müraciətdə tələbələrə yanvar ayı üçün ödənilməli olan təqaüdlərin gecikdirilərək martın 12-də ödənildiyi və belə halların filialda mütəmadi olaraq baş verdiyi bildirilib.

Təhsil Nazirliyində tələbənin müraciəti araşdırılıb və məlum olub ki, Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialına yanvar ayı üçün müvafiq xərc maddələri üzrə kredit açılışı həmin ayın sonuncu ongünlüyündə həyata keçirilib və ayrılmış vəsait filialın xəzinə hesabına vaxtında köçürülüb. Lakin filial rəhbərliyinin, tədris hissəsinin və mühasibatlığın səhlənkarlığı, laqeydliyi nəticəsində burada təhsil alan tələbələrə təqaüdlər vaxtında ödənilməyib.

Göstərilən məsələdə nöqsanları olan şəxslər barəsində müvafiq tədbirlər görülməsi, gələcəkdə belə hallara yol verilməsinin qarşısının alınması məqsədilə təhsil naziri Misir Mərdanov əmr imzalayıb. Əmrə uyğun olaraq işlərində yol verdikləri nöqsanlara və əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiklərinə görə Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialının direktoru Xəqani Məmmədova töhmət, tədris və elmi işlər üzrə direktor müavini Mətanət Fərzəliyevaya və baş mühasib Qnyaz Abbasova isə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Eyni zamanda filialın direktoruna burada təhsil alan tələbələrə təqaüdlərin, işçilərə əmək haqlarının və digər sosial ödəmələrin  vaxtlı-vaxtında ödənilməsinə nəzarətin artırılmasının təmin edilməsi, bu sahədəki nöqsanların gələcəkdə təkrarlanmaması məqsədilə mövcud qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi barədə tapşırıqlar verilib.

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!