Modern.az

Oqtay Əsədov Mövlud Çavuşoğlu ilə görüşüb

Oqtay Əsədov Mövlud Çavuşoğlu ilə görüşüb

14 Aprel 2010, 14:50

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Mövlud Çavuşoğlu aprelin 14-də Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb.

Oqtay Əsədov qonağı AŞPA-nın sədri seçilməsi münasibətilə təbrik edib, ona bu şərəfli işində uğurlar arzulayıb.

Milli Məclisin sədri deyib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bütün beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası ilə sıx əməkdaşlıq edir. “Avropa Şurasına üzv olduqdan sonra ölkəmizdə Avropa dəyərlərinin mənimsənilməsi, demokratiyanın inkişafı, insan hüquq və azadlıqlarının qorunması, qanunvericilik bazasının təkmilləşdirilməsi və digər sahələrdə  çox böyük işlər görülmüş, müsbət nəticələr əldə edilib. Biz inanırıq ki, türk vətəndaşının belə bir nüfuzlu beynəlxalq təşkilata rəhbər seçilməsi əlaqələrimizin daha da genişlənməsinə təkan verəcək”.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən Oqtay Əsədov deyib ki, BMT Təhlükəsizlik Şurası, Avropa Şuası, münaqişəsinin həlli ilə birbaşa məşğul olan ATƏT bu problemlə bağlı çox mühüm qətnamə və qərarlar qəbul edib. Lakin təəssüflər olsun ki, təcavüzkar Ermənistan beynəlxalq birliyə meydan oxumaqda davam edir və həmin qətnamələri yerinə yetirməkdən boyun qaçırır.

Milli Məclisin sədri Avropa Şurasının Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də mühüm addımlar atacağına ümidvar olduğunu bildirib.

Mövlud Çavuşoğlu AŞPA-nın sədri seçildikdən sonra ilk təbriklərini qardaş Azərbaycan Prezidentindən, Milli Məclis sədrindən və buradakı dostlarından almasından qürur duyduğunu vurğulayıb və buna görə minnətdarlıq edib.

O deyib ki, Azərbaycanın Avropa Şurasına üzv olması bu ölkənin Avropa dəyərlərinə verdiyi böyük önəmdən irəli gəlir. Avropa Şurası bunu yüksək qiymətləndirir və əməkdaşlığımızın daha da genişlənməsi üçün əlindən gələni edəcək.

M.Çavuşoğlu deyib ki, təşkilata rəhbərliyi dövründə ikili standartların ləğvinə çalışacaq. AŞPA sədri Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də mühüm işlər görüləcəyinə və önəmli nəticələrin əldə oliuunacağına ümidvar olduğunu bildirib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir