Modern.az

Hansı şirkət mətbuatın inkişafında maraqlıdır?

Hansı şirkət mətbuatın inkişafında maraqlıdır?

Media

14 Aprel 2010, 15:07

st1:*{behavior:url(#ieooui) }

Jurnalist Ekspert Mərkəzi (JEM) qaynar.info saytı ilə birgə mətbuatın inkişafına göstərilən qayğını araşdırmaq qərarına gəlib. Layihə çərçivəsində JEM tanınmış  yerli və xarici şirkətlərin bu günə qədər  mətbuatla bağlı hansı layihələr həyata keçirdiklərini və bu layihələrin KİV-in inkişafına hansı şəkildə təsir etdiyini araşdıracaq. Araşdırmalar 15 gün davam edəcək. “Nəticədə ilk beşlik müəyyənləşəcək ki, məhz həmin şirkətlərin Azərbaycan mətbuatının inkişafına bu və ya digər şəkildə təsir etdiyi məlum olacaq”,-deyə JEM sədri Ceyhun Musaoğlu Modern.az-a bildirib.

Mərkəz sədri artıq şirkətlərin bir siyahısını da müəyyənləşdirdiklərini deyib: “Amma bu siyahı açıqdır. Siyahıda adı olmayan hər hansı şirkət fəaliyyətinin araşdırılmasını istəyirsə, bizə müraciət edə bilər. Araşdırmalara aprelin 15-dən start veriləzək və aprelin 30-da yekun vurulacaq. Mayın ilk on günündə nəticələr ictimayyətə elan olunacaq, bunula əlaqədar geniş tədbir keçiriləcək. Tədbirə KİV rəhbərlərinin,  deputataların  yerli və beynəlxalq təşkilat nümayəndələrinin , ziyalıların və araşdırma obyekti olan şirkət təmsilçilərinin dəvət olunması planlaşdırılır”. JEM-in siyahısı belədir: 

“Azercell” MMC,

“Bakcell”,

“Azerfon”(Nar Mobile),

“Azersun Holding”,

“Qaradağ sement”, 

“Bank Of Azerbaijan”,

“Qarant Sığorta”, 

“Gilan Holdinq”,

“Akkord”,

“Bank Standart”,

“Dəmirbank”,

“Unibank”

“Paşa Sığorta”. Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir