Modern.az

Dəyişkən hava şəraiti meyvə bağlarına ziyan vura bilər

Dəyişkən hava şəraiti meyvə bağlarına ziyan vura bilər

14 Aprel 2010, 16:35

st1:*{behavior:url(#ieooui) }

Bu il Azərbaycanda 2.8 milyon ton taxıl istehsal olunacaq. Bu barədə məlumat verən Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib ki, taxıl zəmiləri ilə bağlı vəziyyət ürəkaçandır: “Yazlıq əkin işləri artıq başlayıb. Gübrələnmə işləri aparılır. İqlim şəraiti imkan versə, bu il 2.8 milyon ton taxıl istehasal olunacaq. Taxılda məhsuldarlıq çox olacaq”.

Aqrar məsələlər üzrə ekspert Zahid Abbasov isə qeyd edib ki, taxıl zəmiləri ilə bağlı vəziyyət qənaətbəxş olsa da, uzun müddətli yağışlar pambıq səpini üçün təhlükə yaradacaq: ”Hazırda pambıq səpini gedir.Əgər uzun müddət  belə soyuq, yağmurlu hava davam etsə, səpilən  toxumlardan cücərti alınması təhlükə altındadır. Ola bilsin həmin toxumlar çürüsün.Yenidən  sahələrə toxum səpilsin. Bu da  ki, əlavə xərclər deməkdir”.

Zahid Abbasov onu da əlavə edib ki, yağmurlu, soyuq  hava meyvələr üçün də qorxuludur: “Meyvələrin əksəriyyəti çiçəkdən çıxıb. Alma, armud ağacları çiçəkləyib. Ancaq, uzunmüddətli yağış yağsa, kəskin soyuq olsa, bu meyvələr üçün təhlükə yarada bilər”.

Təhminə Paşayeva

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər