Modern.az

Ülvi Bünyadzadənin kitabı təqdim edildi

Ülvi Bünyadzadənin kitabı təqdim edildi

23 Sentyabr 2009, 18:31

Modern.az xəbər verir ki, bu gün Azərbaycan Yazıçılar Birliyinin “Nətavan klubu”nda 20 Yanvar şəhidi Ülvi Bünyadzadənin 40 illiyinə həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib.

Tədbiri şair Səlim Babullaoğlu açaraq Ülvinin yaradıcılığında və həyatında diqqət çəkən bəzi məqamlara toxunub. Millət vəkili Qənirə Paşayeva isə bildirib ki, Ü.Bünyadzadə Azərbaycan gəncliyinə örnək ola biləcək şəxsdir. 

Yazıçılar Birliyinin gənclər üzrə katibi Rəşad Məcid, şair Əkbər Qoşalı və başqaları Ülvinin azadlıq uğurunda mübarizə zamanı göstərdiyi şücaətdən danışıblar.

Ülvi Bünyadzadə irsinin qoruyucusu Almaz Ülvi bu şərəfli işdə ona yardım etdiklərinə görə Səlim Babullaoğluna və millət vəkili Qənirə Paşayevaya təşəkkür edib. Qeyd edək ki, şəhid şair Ülvi Bünyadzadənin “Ömür yolu” adlı kitabı beş dildə nəşr olunub. Mədəniyyət və Turizm Naziriyinin maliyyə dəstəyi ilə “Mürtəcim” nəşriyyatında 300 tirajla çap olunan kitabda Almaz Ülvinin “Ölümün acığına” adlı məqaləsi də yer alıb.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi