Modern.az

15 aprel məşhur «Titanik» gəmisinin batdığı gündür

15 aprel məşhur «Titanik» gəmisinin batdığı gündür

15 Aprel 2010, 14:22

Hər il dünyadakı okean və dəniz sularında irili-xırdalı onlarla gəmi qəzası baş verir. Belə qəzalar nəticəsində suya qərq olan bəzi gəmiləri çıxarmaq mümkün olmadığından onlar əbədi olaraq dənizin və ya okeanın dibində qalır. İndiyədək dünyada baş vermiş ən məşhur gəmi qəzası «Titanik»in batmasıdır. Bu gün «Titanik»in sulara qərq olmasından 98 il ötür. Xatırladaq ki, hadisə 1912-ci ilin aprelində baş verib. Britaniya sahillərini tərk edən «Titanik» səyahətin beşinci günü Atlantik okeanının şimalında nəhəng aysberqlə toqquşaraq qəzaya uğrayıb. Hadisə nəticəsində gəmidə olan 1503 adam həlak olub.

Son 20 ildə də xeyli səs-küylu gəmi qəzaları baş verib. Məsələn, 2006-cı ilin dekabrında Yava sahillərində «Senopati Nusantara» gəmisinin batması nəticəsində 46 nəfərin cəsədi tapılıb, 349 nəfər itkin düşüb. 2007-ci ilin fevralında Misirin «Salam-98» gəmisinin Qırmızı dənizdə batması nəticəsində 1400 sərnişindən yalnız 387-si salamat qalıb. İndiyədək Xəzər dənizinin Azərbaycana aid ərazi sularında da 450-dən artıq gəmi, 200 kater, 10 bərə batıb. Xəzərdə ən böyük gəmi qəzası 2002-ci il oktyabrın 22-də baş verib. Həmin vaxt Azərbaycana məxsus «Merkuri-2» gəmisinin batması nəticəsində 50 nəfər həlak olub. Onlardan 41-nin meyitini tapmaq mümkün olmayıb.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!