Modern.az

Eyyub Hüseynov: ""Azəriqaz" Prezidentin fərmanını pozur"

Eyyub Hüseynov: ""Azəriqaz" Prezidentin fərmanını pozur"

Ölkə

15 Aprel 2010, 18:00

Bu gün “Novosti” Mətbuat Mərkəzində Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov cari istehsal bazarında, kommunal təsərrüfatda yaranmış mövcud vəziyyətlə bağlı mətbuat konfarnsı keçirib.

Modern.az-ın məlumatına görəEyyub Hüseynov bildirib ki, həmin sahələrdəki mövcud vəziyyət heç də ürəkaçan deyil: “Son 3 ayı təhlil etsək, görərik ki, bazarda qiymətlər 12-15% qalxıb. Yalnız mövsümü malların düşmə tendensiyası var. Hamı bilməlidir ki, son 10 ildə qiymətlər yüksələn xətlə gedir. O cümlədən kommunal xidmətlərdə də problemlər var. Çox təəssüflər olsun ki, dünya maliyyə krizisindən bütün dünya istehlakçıları yararalandı. Azərbaycanda isə fəxr edirlər ki, biz maliyyə krizisindən uzaq olmuşuq. Ancaq Azərbaycan istehlakçıları dünya maliyyə krizisindən yararlana bilmədilər”.

Eyyub Hüseynov qeyd edib ki, satış bazarı əvvəlki kimi yararsız məhsullarla doludur: “Körpə qidalarının 40%-i standartlara uyğun qaydada saxlanılmır. Spirtli içkilərin 90%-nin yararlılıq vaxtı keçib. Onların tərkibində ağır metallar var, təhlükəli vəziyyətdədir. Süd məhsularının isə 85%-i quru süddən hazırlanır. Lakin istehlakçılara təbii inək süddündən hazırlanan mal kimi təqdim olunur. Biz dövlət orqanları ilə ciddi iş aparırıq ki, malların yaraqlılıq müddəti qısadılasın. Lakin ölkədə bir qrup “alimlər” peyda olub ki, protokolar yazırlar ki, bu malların istifadə müddəti uzadılsın.Malların ömürünü uzatmaq üçün nə əlavə ediblərsə, həmin kimyəvi maddə insan ömrünü qısaldır”.

E.Hüseynov onu da deyib ki, ölkədə monopoliya baş alıb gedir.

“Məhsulların keyfiyyəti bütün dünya ölkələrində istehlakçılar üçün problemlər yaradır. Ancaq bununla bağlı Azərbaycanda vəziyyət həddən artıq pisdir. Azərbaycanda nə qədər ki, müstəqil laboratoriya yoxdur, nə qədər ki, məmur qanunazidd olaraq gizli bizneslə məşğul olur, nə qədər ki, istehlakçının biliyi yoxdur  o vaxta qədər bu problem davam edəcək. Xaricdən gətirilən bütün mallar demək olar ki, monopoliyadadır. Dövlətin antimonopoliya siyasəti sıfır dsəviyyəsindədir. Ümumiyətlə, dövlətin antimonopoliya idarəsi işləmir”.

E.Hüseynov hesab edir ki, ölkə Prezidentinin müvafiq fərmanı mövcud vəziyyəti dəyişdirəcək: “Mənim proqnozum odur ki, fərman düzgün yerinə yetirilərsə, Nazirlər Kabineti mükəmməl bir sənəd hazırlayarsa, malların qiyməti ən azı 20% aşağı düşəcək”.

AİB-in kommunal məsələr üzrə eksperti Nüsrət Qasımov kommunal xidmətlərin standartalara cavab vermədiyini bildirib.

“2 ay bundan qabaq əgər 281 hadisə omuşdursa, bu gün artıq 300 ötüb. Əhaliyə verilən qaz standartlara uyğun deyil. Sovet cihazları ilə işləyirik. Ölkəyə gətirilən digər cihazlardan isə təəssüf ki, “Azəriqaz”ın heç xəbəri xəbəri yoxdur”.

AİB sədri Eyyub Hüseynov vurğulayıb ki, “Azəriqaz” və “Azərsu” əhalidən qeyi-qanuni pullar yığır: “Keçən il oktyabrın 30-da  ölkə Prezidentinin müfaviq qərarı ilə 327 milyon qazpulu borcu əhalinin hesabından pozuldu. Ancaq bəzi məlumata görə, “Azəriqaz”  borcların bir hissəsini heç də pozmayıb. Bu sahədə neqativ hallar müəyyən etmişik. Bu barədə dövlət orqanlarına məlumat verməyə hazırlaşırıq. “Azəriqaz” və “Azərsu”  əhalidən qeyri-qanuni pul yığmağın yeni yollarını axtarıb tapıb”.

Təhminə Paşayeva

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü