Modern.az

ABŞ Türkmənistanın Nabukko-ya qoşulmasını alqışlayır

 ABŞ Türkmənistanın Nabukko-ya qoşulmasını alqışlayır

16 Aprel 2010, 09:36

Amerika Türkmənistanın Xəzər regionunun təbii qaz resurslarını Avropaya daşıyacaq Nabukko qaz kəməri layihəsində iştirakını alqışlayır. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Aşqabatda keçirilən Beynəlxalq qaz konqresində çıxış edən ABŞ-ın Avrasiyada  energetika məsələləri üzrə səlahiyyətli nümayəndəsi Daniel Steyn bildirib. Steyn bununla belə, İranın Cənub enerji dəhlizində iştirakını tam istisna edib.    Diplomat qeyd edib ki, Vaşinqton energetika təhlükəsizliyinin təmin olunmasında Avropanın səylərini, eləcə də Xəzər və Orta Asiya ölkələrinin öz enerji daşıyıcılarını Qərbə nəql etmək üçün yeni bazarlar axtarmasını dəstəkləyir. "“Cənub dəhlizi" Qafqaz və Mərkəzi Asiya ölkələri üçün  kommersiya əhəmiyyəti kəsb edə  və Avropa ilə ümumi maraqlar əsasında uzunmüddətli tərəfdaşlıq yarada bilər”,-deyə Steyn bildirib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir