Modern.az

AŞ PA sədri İctimai Teleradioda olub

AŞ PA sədri İctimai Teleradioda olub

16 Aprel 2010, 13:15

st1:*{behavior:url(#ieooui) }

 

Mövlud Çavuşoğlu: “Ortaq yayım türk dünyasında mədəniyyət baxımından birliyin təmin olunmasnda mühüm rol oynayır”

 

Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri Mövlud Çavuşoğlu aprelin 16-da İctimai Televiziya və Radio Yayımları Şirkətində olub, Baş direktor İsmayıl Ömərovla görüşüb. Bu barədə Modern.az-a Televiziya və Radio Yayımları Şirkətindən məlumat verilib.

İctimai Televiziyada olmaqdan böyük məmnunluq duyduğunu ifadə edən qonaq Azərbaycanın ictimai yayımçısını qazandığı uğurlar münasibəti ilə təbrik edib: “İctimai Televiziyanın “TRT-Avaz”la birgə həyata keçirdiyi ortaq yayım bütün türk dünyasında böyük maraqla izlənir. Fürsət düşəndə səhərlər mən də bu proqramı zövqlə baxıram. Hesab edirəm ki, bu ortaq yayım türk dünyasında mədəniyyət baxımından da birliyin təmin olunmasnda mühüm rol oynayır”.

İ.Ömərov AŞ PA sədrinə məhz İctimai Televiziyaya gəlişinə və  ekzklüziv müsahibə verdiyinə görə təşəkkürünü bildirib.  Baş direktor deyib ki, İctimai Televiziya “Turksat” və Avropa peyk rabitə sistemi vasitəsilə böyük bir coğrafiyada yayımlanır: “Yayım siyasətimiz Azərbaycan mədəniyyətinin, tarixinin, həqiqətlərinin və türk xalqlarının ortaq dəyərlərini dünyada nümayiş etdirməkdir. “TRT-Avaz”la birgə hazırlanan ortaq yayıma bütün Orta Asiya ölkələrindəki türk dövlətlərinin də qoşulmasına çalışırıq”. Baş direktor  bildirib ki, İctimai Teleradio Avropa Yayımları Birliyinin üzvü kimi dünyanın aparıcı televiziyaları ilə də əməkdaşlıq edir.

Görüşdən sonra İctimai Televiziyanın “TRT-Avaz”la ortaq yayımda iştirak edən AŞ PA sədri Ankara və Bakı studiyalarından aparıcıların suallarını cavablandırıb.

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir