Modern.az

Ömürlük şeyxülislam...

Ömürlük şeyxülislam...

İqtisadiyyat

26 Avqust 2013, 10:12

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislan hacı Allahşükür Paşazadənin ad günüdür. Onun 64 yaşı tamam olur.

Modern.az saytının məlumatına görə, Paşazadə Allahşükür Hümmət oğlu  26 avqust 1949-cu ildə Lənkəran rayonunun Cil kəndində kəndli ailəsində doğulub. Yerli ağsaqqallardan gizli şəkildə dini biliklər öyrənən A. Paşazadə 1968-70-ci illərdə Buxarada “Mir Ərəb” mədrəsəsində təhsil alıb. 1971-ci ildə İmam əl-Buxari adına Daşkənd İslam Universitetinin ilahiyyat fakültəsinə daxil olu və 1975-ci ildə buranı müvəfəqiyyətlə bitirərək tam ali dini təhsilə yiyələnib.

1975-ci ildə Qafqaz Müsəlmanları İdarəsində məsul katib, 1978-ci ildən “Təzəpir” məscidinin axundu, İdarənin sədr müavini vəzifələrində çalışıb. 1980-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri vəzifəsinə seçilib və şeyxülislam rütbəsi alıb. Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının sədridir.

1989-cu ildə SSRİ Ali Sovetinin xalq deputatı seçilib. 1990-1995-ci illərdə Azərbaycan Respubliksı Ali Sovetinin deputatı olub.

Qafqaz müsəlmanlarının 2003-cü ildə keçirilmiş XI qürultayında A. Paşazadə ömürlük Şeyxülislam seçilib.

A.Paşazadə Ümumdünya Sülh Şurası, Avrasiya İslam Şurası, “Vicdana çağırış” Beynəlxalq Fondu və bir sıra digər beynəlxalq təşkilatlarının rəyasət heyətinin üzvüdür.

A.Paşazadə 1992-ci ildə Qroznı şəhərində Azərbaycan, Gürcüstan, Dağıstan, Kabarda-Balkar, Çeçenistan, İnquşetiya, Qaraçay-Çərkəz və Adıgeyin din xadimləi tərəfindən yekdilliklə Qafqaz Xalqları Ali Dini Şurasının sədri vəzifəsinə seçilib. 

A.Paşazadə MDB Dinlərarası Şurasının həmsədridir. Şeyx bu illərdə elmi fəaliyyətlə də məşğul olub. 1986-cı ildə İordaniya İslam Mədəniyyəti Kral Akademiyasına müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzv seçilib. Beynəlxalq Fiqh Akademiyasının həqiqi üzvüdür. O, həmçinin, 2008-ci ildə yaradılmış Benəlxalq Fiqh Təşkilatının təsisçilərindən biridir.

1992-ci ildə doktorluq dissertasiyası müdafiə edərək, tarix elmləri doktoru elmi dərəcəsi alıb.

Azərbaycan Ziyalıları Milli Elmi Yardıcılıq Qrumunun akademikidir.

Bakı Dövlət Universitetinin professorudur.

Tarix və ilahiyyat üzrə “Qafqazda islam”, “İslamda ümmət və şüubilik”, “Quranın təfsiri və tərcüməsi tarixi” monoqrafiyalarının, “Qurani-Kərimin ilahi hökmləri və öyrənilməsi”, “İslamda şəhidlik”, “Milli münasibətlər və din”, “Qurani-Kərimin ecazkarlığı”, “Qurani-Kərimdə insan təbiəti” mövzularında elmi əsərlərin və çox sayda məqalələrin müəllifidir. İslam tarixi abidələrinin, qədim əlyazmalarının üzə çıxarılması, mübadiləsi və s. Sahələrdə bir sıra elmi axtarışlar həyata keçirib.

A.Paşazadə Azərbaycan Respubliksı Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspertlər Şurasının üzvüdür. O, onadək kitabın elmi redaktorudur.

A.Paşazadə 2005-ci ildə “Şeyxülislam ordeni”ni təsis edib. Sülhün tolerantlığın bərqərar edilməsi, mənəvi dəyərlərin qorunub saxlanılması və inkişafı istiqamətində böyük xidmətlərə görə təqdim edilən bu orden ilk dəfə Heydər Əliyevə (ölümündən sonra) təqdim olunub. 

A.Paşazadə Azərbaycan respubliksı Prezidenti yanında Əfv Komissiyasının üzvüdür. 

A.Paşazadə 1991-ci ildə Bakı İslam İnstitutunu təsis edib. (1997-ci ildən unuversitet).

A.Paşazadə bir çox ali mükafatlarla təltif olunub: SSRİ-nin “Xalqlar dostluğu” ordeni (1988), Misirin I dərəcəli “Əl elm və əməl” (1992) ordeni, Azərbaycan Respublikasının “Şöhrət” (1994), “İstiqlal” (1999) ordenləri, Çeçen Respublikasının “Millət Qəhrəmanı” ordeni (1998), Pus Pravoslav kilsəsinin I dərəcəli “Müqəddəs Vladimir” (2001) və I dərəcəli “Sergi Rodonnejski” (2005) ordnləri, Gürcüstan Respublikasının “Şərəf” (2002) ordeni, Vatikan dövlətinin “Müqəddəs Greqori” ordeni (2005), Rusiya Federasiyasının “Dostluq” (2006) ordeni, iordaniya krallığının I dərəcəli “Kral Hüseyn” ordeni (2007) və s.

2009-cu ildə anadan olmasının 60, Şeyxülislamlıq fəaliyyətinin 30 illiyi münasibətilə A. Paşazadə Azərbaycan Respublikasının “Şərəf” ordeni, Rusiya Federasiyasının “Şərəf ordeni”, Rus Pravoslav Kilsəsinin I dərəcəli “Şərəf və şöhrət” ordeni, Gürcüstan Respubliksının “Qızıl qoyun dərisi” ordeni, Bakı və Xəzəryanı Yeparxiyanın I dərəcəli “Müqəddəs Apostol Vorfolomey” ordeni, Şimali Qafqaz müsəlmanları Koordinasiya Mərkəzinin I dərəcəli “Ümmət qarşısında xidmətlərinə görə” ordenləri ilə təltif olunub.

2009-cu ilin iyununda A. Paşazadə MDB müsəlman dini liderlərinin Məşvərət Şurasının sədri seçilib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!