Modern.az

Nazarbayev: “Qazaxıstan Qırğızıstanda vətəndaş qarşıdurmasının qarşısını alıb”

 Nazarbayev: “Qazaxıstan Qırğızıstanda vətəndaş qarşıdurmasının qarşısını alıb”

Dünya

16 Aprel 2010, 18:56

“Qazaxıstan Qırğızıstanın şimal və cənub vilayətləri arasında vətəndaş qarşıdurmasının qarşısını alıb”. Modern.az  “Kazinform” agentliyinə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bir sıra ölkələrin dövlət başçıları Qırğızıstandakı hadisələrin inkişafından narahat olduqlarını ifadə ediblər. Qazaxıstana isə ATƏT-ə sədrlik edən ölkə kimi yaxın qonşu ölkədə münaqişənin nizamlanmasında fəal rol təklif olunub “Dünən əldə olunmuş razılaşmaya və mənim  Qazaxıstan Müdafiə Nazirliyinə göstərişimə uyğün olaraq  Kurmanbek Bakiyevin  ölkədən çıxarılması təmin olunub. Təyyarə qazax “spesnaz”ı tərəfdən müşayiət olunub. Təyyarəmiz Bakiyev və onun ailəsini Qazaxıstana gətirib”,-deyə Nazarbayev bildirib.

 

Nazarbayev qeyd edib ki, bununla da qarşıya qoyulmuş vəzifə həllini tapıb. “Hesab edirəm ki, biz şimal və cənub arasında vətəndaş qarşıdurmasının qarşısını aldıq, başqa cür də ola bilərdi. Biz vəziyyətdən ciddi  narahat olan 3 dövlət və ATƏT adından çox yaxşı bir missiyanı yerinə yetirdik”. Onun sözlərinə görə, indi başlıca vəzifə Qırğızıstanda vəziyyəti sabitləşdirməkdir.

 

Qeyd edək ki, müvəqqəti hökumət Bakiyevin Qırğızıstandan Qazaxıstana  aparılmasını beynəlxalq səviyyədə təşkil olunmuş aksiya adlandırıb. Bu aksiyada BMT, ATƏT, Avropa Birliyi və dünya liderləri  iştirak edib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır