İspaniyada hicablı şagird məktəbdən qovulub. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, məktəbli başını açmaqdan imtina edib. Bu barədə Londonda nəşr olunan The Telegraph qəzeti məlumat yayıb.
“Mən özümü diskriminasiyaya uğramış hiss edirəm”,-deyə16 yaşlı Mərəkeş əsilli şagird bildirib. Məktəbli dini mənsubiyyətini göstərmək üçün 2 ay əvvəl hicabdan istifadə etməyə başladığını deyib.
The Telegraph yazır ki, İspaniyada təhsil müəssisələrində hicabdan istifadə olunmasına dair vahid qanun yoxdur, hər bir məktəbin öz qaydaları var.