Modern.az

Türkiyənin rəqəmsal televiziyası "Digitürk" Azərbaycanda!

Türkiyənin rəqəmsal televiziyası "Digitürk" Azərbaycanda!

29 Avqust 2013, 10:06



Türkiyənin rəqəmsal televiziya yayımı sahəsində ilk və lider şirkəti olan “Digitürk” sentyabr ayından etibarən Azərbaycanda fəaliyyət göstərməyə başlayacaq. Filiallarından birini Park Bulvar AVM-də açan  "Digitürk" ilk olaraq 5 filialla fəaliyyətə başlayacaq. Bu barədə Park Bulvar AVM-in PR meneceri Günay Nəzərova məlumat verib.
“Digitürk” 2014-cü ilin sonunadək filialların sayını 10-dək artıraraq qarşısına bütün Azərbaycan ərazisində fəaliyyət göstərmək məqsədi qoyub. HD və 3D formatında yayım təklif edən “Digitürk” müştərilərinə Asiya Meqa Paket, Asiya Spor Paketi, Asiya Çempionlar Paketi və Asiya Standart paketlərindən birini seçmək imkanı qazandırır. Azərbaycan tamaşaçısı ayda 7 AZN-dən başlayaraq “Digitürk”ə qoşula bilərlər. LİG TV yayınlarını və Spor Toto Super Lig oyunlarını izləmək istəyənlər ayda 21 AZN-dən başlayan tariflərlə Asiya Spor Paketinə qoşularaq super liqa həyacanını yaşaya bilərlər.

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir