Modern.az

Dilarə Əliyeva Zaqatalada hədiyyə payladı - FOTOLAR

Dilarə Əliyeva Zaqatalada hədiyyə payladı - FOTOLAR

29 Avqust 2013, 11:35


İndiyə kimi jurnalist qismində səfər etmədiyim çox az rayon qalmışdı ki, onlardan biri Zaqatala  idi. Artıq bu rayon “olmadığım rayonlar” siyahısını tərk etdi. Şübhəsiz ki, hər səbəbin bir səbəbkarı var. Budəfəki səbəbkara gəlincə...

Mənim buraya səfərimin məqsədi Bakcell-in “DoğmaCİN” tarifinin yeni kampaniyasının təqdimatına həsr olunmuş tədbirdə iştirak etmək idi. Əvvəlcə “səbəbkar”la tanış olaq.  “DoğmaCİN” tarif paketi xüsusi olaraq regionlarda yaşayan abunəçilər üçün nəzərdə tutulub. Kampaniyaya qoşulan hər bir abunəçi şəbəkədaxili zəngin dəqiqəsinə 2, şəbəkəxarici zənglər üçünsə 4 qəpik ödəyir ki, bu da digər mobil operatorların tarifləri ilə müqayisədə çox sərfəlidir.

Təbii ki, bunlar sözügedən kampaniya haqda ümumi qeydlərdir. Zaqatalada keçirilən tədbirin əsas məqsədi isə istifadəçiləri “DoğmaCİN”in yeni özəlliyi olan “sevimli nömrə” ilə tanış etmək idi. Məsələn, bu özəllikdən yararlanmaq istəyirəmsə və “DoğmaCİN” abunəçisiyəmsə, xüsusi kombinasiya ilə (*109#1#10 rəqəmli nömrə#yes yığmaqla) kampaniyaya pulsuz qoşuluram, həmin nömrə ilə saatı 2 qəpiyə danışıram. Maraq üçün qeyd edim ki, şirkət bu tip tədbirləri Zaqataladan öncə Xaçmaz, Mingəçevir və digər bölgələrimizdə də təşkil edib.

 ...Tədbirin keçiriləcəyi məkana-Heydər Əliyev parkına bir saat əvvəldən çatmışam. Ətrafda elə bir mənzərə var ki... Bəlkə də mənzərəni təsvir eləməyə cəhd göstərsəm, bu gözəlliyə xələl gətirərəm.  Nağıllarda deyildiyi kimi gül gülü, bülbül bülbülü çağırır. Bircə çatışmayan tədbirin başlamağıdır ki, onun da vaxtına bir neçə diqəqə qalıb.

Axşamüstüdür. Bayaqdan tək-tük gözə dəyən rayon sakinlərinin sayı da artır getdikcə. Parkın mərkəzində qurulmuş səhnənin ətrafında qələbəlik var. “DoğmaCİN” tarifinin siması olan əməkdar artist Dilarə Əliyeva da burdadır. Deyəsən çox maraqlı olacaq...

Bir-iki musiqi nömrəsindən sonra Dilarə xanım səhnəyə çıxır... Böyük coşqu... O da mənim kimi ilk dəfə Zaqataladadır. Deyəsən yerli sakinlərin davranışı, eləcə də iştirakçısı olduğu kampaniya çox ürəyincədir.

Aktrisa sakinlərə Bakcell-in hədiyyələrini paylamaqda olsun, mən də onların təəssüratlarını sizə çatdırmaqda.

Bu gənc oğlan Nurlan Məmmədovdur. Zaqatalanın Əlibayramlı kəndindəndir: “Çox vaxt burda olmuram. Ukraynanın Kirovqrad şəhərində texniki təhsil alıram. Rayona tətil üçün gəlmişəm. Bu kampaniya doğrudan da çox xoşuma gəldi. Ən əsas da internet qiymətlərinin aşağı olması. Sutkası 10 qəpiyə interneti heç yerdə təsəvvür etmirəm. Sağ olsun Bakcell, belə bir imkan yaradıb. Hədiyyə aldığıma görə də çox şadam”.

Sabirə Əhmədova da tələbədir. Gəncə Dövlət Universitetində təhsil alır. Bakcell-dən hədiyyə qazandığı üçün çox sevinclidir:
“Məktəb vaxtından, təxminən 4-5 ildir telefon işlədirəm. İlk gündən nömrəm Bakcell olub. Çünki çox sərfəlidir. Bu cür tariflər isə daha da yaxşıdır. Məsələn, bir tələbə kimi məni qane edir. Sizi də burda görmək çox xoşdur”.

Şamil Məmmədov da Bakcell istifadəçisidir. Amma şirkətin keçirdiyi kampaniyalar haqda məlumatı o qədər də çox deyilmiş:

“Efirdən bu kampaniyalar haqda eşitsəm də, geniş məlumatım yox idi. Rayona gəlişinizlə həm gözəl konsert proqramını izlədik, həm hədiyyə qazandıq, həm də məlumatımız oldu. Bundan sonra da Bakcell işlətməkdə davam edəcəm”.

Elə Şamil Məmmədovla söhbətimi yenicə bitirmişdim ki, ilk müsahibim mənə yaxılaşır və öz ləhcəsində: “Bu dedıxlarımız harda gedicax” deyə soruşur.

P.S. Şamil, həblə dedıxilaruun hamısını yazdım.

















İntiqam Valehoğlu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu