Modern.az

Həlak olmuş prezident son mənzilə yola salınıb

Həlak olmuş prezident son mənzilə yola salınıb

18 Aprel 2010, 16:32

Aprelin 18-də Rusiyada təyyarə qəzasında həlak olmuş  Polşa prezidenti Lex Kaçinksi və xanımı Marıya Kaçinski dəfn ediləcək. Dəfn Krakovdakı Vavel qəbristanlığında olacaq. Modern.az xarici mediaya istinədən xəbər verir ki,  Kaçinskilər ölkənin qərbindəki Krakov şəhərində dəfn olunacaq. Ötən gün polşalılar faciə qurbanları ilə vidalaşıb. Vidalaşma mərasimi təyyarə qəzasının baş verdiyi saatda -  08:56-da başlayıb.   Vida mərasimində prezident səlahiyyətlərini icra edən Boris Komorovski, baş nazir Donald Tusk, sabiq prezident Lex Valensa iştirak ediblər.    Kaçinskilərin cənazəsi ölkənin hər yerindən eşidilən kilsə zənglərinin sədaları  altında prezident sarayından çıxarılaraq insanların alqışları ilə Krakova yola salınıb.

 

Xəbər verildiyi kimi, dəfn mərasimində dünyanın bir çox ölkələrinin liderləri iştirak edirlər. Lakin İslandiyadakı vulkanın püskürməsi Avropa İttifaqı məkanına daxil olan ölkələrdə təyyarə uçuşlarının qadağan olunması səbəbindən bir çox liderlər Polşaya gedə bilməyiblər.      

BBC-nin məlumatına görə,  Amerika prezidenti Barak Obama, Fransa prezidenti Nikola Sarkozi,  İspaniya kralı Xuan Karlos, Böyük Britaniya şahzadəsi Çarlz, Almaniya kansleri Angela Merkel, Kanadanın baş naziri Stiven Harper, Hindistan, Pakistan, Makedoniya, Yaponiya,   İsveç, Meksika, Cənubi Koreya və bir sıra başqa ölkələrin nümayəndə heyətləri dəfn mərasimində iştirak etməyir.   Bir sıra Mərkəzi və Qərbi Avropa ölkələri -Çexiya, Slovakiya, Macarıstan, Rumıniya, Latviya və başqa ölkələrin  liderləri Polşaya qatar və ya avtomobillə gediblər. Bütövlükdə Polşaya 80 ölkənin nümayəndə heyəti gəlib.  Qeyd edək ki, Polşa prezident sarayı qatı vulkanın yaratdığı əlverişsiz hava şəraitinə görə dəfn mərasiminin başlanması vaxtında dəyişikliklər olacağını bildirib. Lakin Kaçinskilər ailəsi dəfn mərasiminin təxirə salınmamasında israr edib.       

 

Xatırladaq ki, prezident Lex  Kaçinski və onun xanımı Mariya Kaçinski,  digər Polşa dövlət, parlamaent, hökumət, yüksəkrütbəli hərbçilərin uçduğu Tu-154 təyyarəsi  aprelin 10-da səhər saatlarında Rusiyanın Smolensk şəhəri yaxınlığında qəzaya uğrayıb. Polşa nümayəndə heyəti  Xatın qətliamının ildönümü mərasimində iştirak etməli idi.  Təyyarədə olan 88 sərnişin və 8 heyət üzvü qəzada həlak olub. Qəzanın səbəblərinin araşdırılması işi isə hələ də davam etdirilir.   

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı