Modern.az

Azərbaycanda internet sosial şəbəkələrinə senzura varmı?

Azərbaycanda internet sosial şəbəkələrinə senzura varmı?

19 Aprel 2010, 13:49

Çində internetə nəzarəti həyata keçirəcək yeni orqan yaradılıb. Xarici mətbuatın verdiyi məlumata görə, bu orqanın əsas vəzifəsi sosial şəbəkələrdə, forumlarda və bloqlarda yerləşdirilən məlumatların senzuradan keçirilməsi olacaq . Qeyd edək ki, təkcə ötən il “Tvitter”, “Facebook” və “Youtube” saytlarındakı məlumatların yoxlanıla bilməməsi səbəbindən Çin bir müddət bu xidmətləri bağlamışdı. İndi isə Çin hökuməti Qərb bloqlarına və sosial şəbəkələrə alternativ olaraq Çin vətəndaşlarına yerli xidmətlərdən istifadə etməyi təklif edilib.

Bəs Azərbaycanda necə belə bir qurum yaradıla bilərmi?

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya cəmiyyəti şöbəsinin  rəhbəri Rüfət Gülməmmədov bildirib ki, Azərbaycanda sosial şəbəkələrə, bloqlara  nəzarət edən qurum yoxdur və yaradılması barədə də düşünülmür:

“Ümumiyyətlə, Azərbaycanda internet məkanı azaddır. Sosial şəbəkələrdən lisenziya, qeydiyyat tələb olunmur. Bizdə internetə senzura qoyulmayıb”.

Rüfət Gülməmmədov onu da deyib ki, Azərbaycanda qərb sosial şəbəkələrdən daha çox istifadəyə üstünlük verilir.  

“Azərbaycanda yerli – “Azerbook”, “Yallı” kimi sosial şəbəkələrdən az istifadə edilir. Yerli sosial şəbəkələr dövlət tərəfindən yaradılmayıb. Bunları müəyyən özəl şirkətlər, fərdi şəxslər yaradır. Məzmun cəlb edici olmadığından, həmçinin keyfiyəti aşağı olduğundan istifadəçiləri də azlıq təşkil edir. Həmçinin, bu sosial şəbəkələr kifayət qədər populyar deyil”.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə hesab edir ki, sosial şəbəkələrə nəzarət düzgün deyil. “Azərbaycanda heç buna ehtiyac da yoxdur. Ola bilər ki, müəyyən dövlət məmurları “Facebook” kimi sosial şəbəkələrdən istifadə edərək ordakı aktivliyin nə dərəcədə olduğunu öyrənsinlər”.

Azərbaycan dilli sosial şəbəkələrdən istifadəçi azlığına gəlincə, Osman Gündüz deyir ki, normal informasiya mübadiləsi olmadığına görə bu da istifadəçilərin sayına təsir göstərir.

“Mən daha çox “Facebook”, “Twitter” kimi sosila şəbəkələrə üstünlük verirəm. Ümumiyyətlə, sosial şəbəkələr təhlükəsiz, efekktiv, ələçatımlı olmalıdır. İstifadəçilər Azərbaycan dilli sosial şəbəkələrdə bunları görməyincə, məcburdurlar ki, daha əlverişlilərindən istifadə etsinlər.Yerli sosial şəbəkələr kifayət qədər populyar deyil. Bəlkə də heç bunları tanımırlar”. Qeyd edək ki, Azərbaycanda təkcə "Facebook" sosial şəbəkəsi istifadəçilərinin sayı 140 min nəfəri keçib. Məlumatı Facebook Statistics xidməti təqdim edib. İstifadəçilərin 62 faizini kişilər təşkil edir. İstifadəçilərin ümumi sayından 50 faizi 18-24 yaş arasında olan gənclərdir. Sayına görə ikinci yerdə gələn istifadəçi qrupu 25-34 yaş kateqoriyalı insanlardır (26%). Sosial şəbəkənin Azərbaycanda istifadəçi sayının 5 faizini isə 13-17 yaşlı yeniyetmələr təşkil edir. Dünyanın ən populyar sosial şəbəkəsi olan "Facebook"un 400 milyon istifadəçisi var. Təhminə Paşayeva 

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar