Modern.az

Səfirlər Goranboyda ağac əkiblər

Səfirlər Goranboyda ağac əkiblər

Ölkə

19 Aprel 2010, 16:41

Goranboyda “Yaşıllaşır İpək Yolu” adlı aksiya keçirilib. Millət vəkilləri Gültəkin Hacıbəyli və Məlahət İbrahimqızınının təşəbbüsü ilə baş tutan aksiyada Türkiyə, Norveç, Yaponiya, Cənubi Koreyanın ölkəmizdəki səfirləri iştirak ediblər.

Millət vəkili Gültəkin Hacıbəyli Modern.az-a bildirib ki, Goranboyun Abbasqulular kəndində keçirilən aksiyada ümumilikdə 300 ağac əkilib:

“Bu ağacəkmə aksiyası nəinki Goranboyun, ümumilikdə Azərbaycanın dünyanı ekoloji fəlakətdən qorunmasına yönəlmiş bir töfhədir. Təqdirəlayiq haldır ki, Prezidentimizin 2010-cu ili “Ekologiya ili élan etməsi ilə bağlı” çağrışına dünyanın aparıcı ölkələrinin səfirləri də qoşulurlar. Düşünürəm ki, bu, ekologiya sahəsində dünyada olan həmrəyliyin göstəricisidir. Ekologiya elə bir sahədir ki, o sərhəd tanımır. Belə bir aksiyaların keçirilməsi hər bir səfirin ürəyindəndir. Goranboydan sonar aksiyanı Səmkirdə davam etdirdik”.

Tədbirə qatılan səfirlər Prezident İlham Əliyevin 2010-cu ili “Ekologiya ili” elan etməsini düzgün addım hesab etdiklərini söyləyiblər. Onlar bildiriblər ki, Azərbaycanın ekologiyasının qorunmasına yönəlmiş bütün tədbirlərdə fəal şəkildə iştirak etməyə hazırdırlar.

Millət vəkili Gültəkin Hacıbəyli həmçinin səfirlərə Goranboyun müharibə nəticəsində üzləşdiyi problemlərdən söz açıb.

Millət vəkili qeyd edib ki, ermənilərin işğalı goranboylulara həm sosial, həm də iqtisadi çətinliklər yaradıb:

“Goranboylular həm mənəvi, həm də maddi cəhətdən əziyyət çəkirlər. Goranboy kənd təsərrüfatı rayonudur. Suvarma sistemi ilə bağlı Goranboyun müəyyən problemləri var. Sərsəng su anbarı işğal altında olduğu üçün suvarmada çətinliklər yaranır. Ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi ümumilikdə Azərbaycan iqtisadiyyatına böyük zərbə vurub”. Modern.az

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı