Modern.az

Dağlıq Qarabağın azərbaycanlı icmasının sədrindən təkliflər var

Dağlıq Qarabağın azərbaycanlı icmasının sədrindən təkliflər var

19 Aprel 2010, 17:29

“Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov Qarabağ ictimaiyyəti ilə görüşdə bir sıra təkliflərinin olduğunu söyləyib. Görüşdə iştirak edən Modern.az-ın əməkdaşının məlumatına görə, B.Səfərov bildirib ki, Dağlıq Qarabağ problemini həll etmək üçün ölkə Prezidenti çox böyük səylər göstərir: “Münaqişə sülh yolu ilə həll olunsa, daha yaxşıdır, heç mən özüm də müharibə olmasını istəmirəm. Hər evin itkisi, şəhidi var. Ən azından o keçirilən stress bəsdir”.

İcma rəhbəri deyib ki, o, işğal olunmuş ərazilərdən olan ailələrin köçkünlük dövründə doğulan uşaqlarının sənədində yaşadığı yerlə yanaşı, valideynlərinin doğulduğu rayon və kəndlərin də adının qeyd edilməsinin tərəfdarıdır: “20 ildən sonra həmin sənədə baxanda deyilməsin ki, bu adamın Qarabağa nə bağlılığı var”. Bayram Səfərov deyib ki, Dağlıq Qarabağın azərbaycanlı icması keçmiş Ağdərə rayonunun bərpa olunmasını, Xankəndi şəhərinin icra hakimiyyətinin yaradılmasını istəyir: “Şuşanın Dövlət Sosial Müdafiə Fondu, Əhalinin Məşğulluq Mərkəzi kimi idarələri ləğv edilib. Bir ildir mən bu məsələni qaldırmışam. Biz istəyirik ki, Dağlıq Qarabağın azərbaycanlı icmasının fəaliyyətini gücləndirək. Dağlıq Qarabağdan olan tələbələrin də xaricdə təhsil almalarına yardımçı olaq. Bu istiqamətdə müəyyən işlər görəcəyik”.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü