Modern.az

Bu il köçəri quşlar Azərbaycanı tez tərk edib

Bu il köçəri quşlar Azərbaycanı tez tərk edib

31 Avqust 2009, 11:36

Bu il havaların sərin keçməsi, xüsusilə də yayın istisiz ötüşməsi özünü yalnız Bakıda deyil, dağ rayonlaında da göstərib. Bu isə öz növbəsində bir sıra məqamlarla müşahidə olunub.

Demək olar ki, bundan əvvəlki illərlə müqayisədə bu il çimərlik mövsümünün ömrü çox az olub. Eləcə də dənizə gedənlərin sayı da azalıb. Bunu paytaxtın ən böyük çimərliklərində də təsdiqləyiblər.

Dağ rayonlarında isə köçəri quşlar  artıq isti ölkələrə uçublar. Bunu seyr edən yerli əhali köçəri quşların belə tez gedişinə son 50 ildə rast gəlmədiklərini söyləyirlər.

75 yaşlı Daşkəsən sakini Məcid Qurbanov bildirib ki, müəyyən illərdə yayda havalar bundan da sərin olub. Amma o zaman köçəri quşlar dağları tərk etməyiblər.

Bioloq Tağı Avdarov isə Modern.az-a açıqlamasında köçəri quşların Azərbaycanı tez tərk etməsini yalnız hava şəratinin onlar üçün əlverişsiz olması ilı əlaqələndirib: “Fakt odur ki, köçəri quşlar avqustun əvvllərindən Azərbaycanı tərk ediblər”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi