Modern.az

Bu gündən ali məktəblərə sənəd qəbulu başlayır

Bu gündən ali məktəblərə sənəd qəbulu başlayır

Ölkə

20 Aprel 2010, 10:28

Aprelin 20-dən respublikanın ali məktəblərinə ərizə qəbuluna başlanılır. Tələbə Qəbulu üzrə Dövlət komissiyasından (TQDK) verilən məlumata görə, sənəd qəbulu mayın 31-dək davam edəcək. Sənədlərin təsdiqlənməsi prosesi isə aprelin 30-dan mayın 31-dək olacaq.
İmtahanların tarixi də məlumdur. III qrupun imtahanları iyulun 4-də, I qrupun imtahanları iyulun 11-də, IV qrupun imtahanları iyulun 17-də, II qrupun imtahanları isə iyulun 23-də keçiriləcək. Texnikumlara qəbul imtahanı isə avqustun 29-da keçiriləcək.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir