Modern.az

Uydurma "erməni soyqırımı": mif və reallıqlar (fotolar)

Uydurma "erməni soyqırımı": mif və reallıqlar (fotolar)

20 Aprel 2010, 16:01

Tarix elmləri dokroru, Bakı Dövlət Universitetinin professoru Musa Qasımlı ermənilərin uydurduqları qondarma “erməni soyqırımı”nı faktlarla yalan olduğunu sübut edir. Tarixçi professor bunun üçün Amerika Birləşmiş Ştatları, Rusiya, İngiltərə, Türkiyə, Gürcüstan, Azərbaycan, Avstriya və Çexiya arxivlərində araşdırma aparıb. Altı monoqrafiyanın, 50-dən artıq elmi məqalənin müəllifi olan M.Qasımlının bu araşdırmasını Modern.az (fotolarla) təqdim edir.  

 

Əsl tarix nədir?

 

- Ermənilər uzun illərdi tarixdə heç zaman olmayan uydurma  “soyqırımı” dünyanın gündəliyinə gətiriblər. Bu gün ondan siyasi məqsədlər üçün istifadə edirlər. Məsələ ondadır ki, indi ayrı-ayrı ölkələrin parlamentində deputatlar əl qaldırıb endirməklə tarixdə heç biz  zaman olmayan uydurma “soyqırımı”nın guya olduğu barədə sənədlər qəbul edirlər. Bir səhifə tarix kitabını oxumayan uğursuz tarixçi rolunda çıxış edən ayrı-ayrı deputatların bu hərəkəti təkcə məsuliyyətsizlik deyil, tarixi faktlar, materiallara hörmətsizlikdir, tarixi inkar etməkdir. Əsl tarix nədir? Gerçək tarix hardadır? Uydurma “soyqırımı” olub, yoxsa olmayıb. Bununla bağlı müxtəlif ölkələrin arxivlərində materiallar var və bu materialların hamısından bir mənalı belə qənaətə gəlmək olur ki, ermənilərin dediyi kimi hec də soyqırım olmayıb, əslində erməni silahlı dəstələri dinc, türk və kürd əhalisini qırıb. Gəlin faktlara, rəsmi sənədlərə müraciət edək.

 

Faktlar və erməni hiyləsi 

 

- İndi söyləyəcəyim fakt və materiallar Çar Rusiyasının Xarici İşlər Nazirliyinin sənədləri əsasındadır. Bu sənədlər  uzun illər məxfi saxlanılıb, yalnız ötən əsrin 30-cu illərinin əvvəllərində bir qismi çap olunub. Lakin sonradan onların da çapı dayandırılıb. Birinci Dünya Müharibəsi başlayanda çarizim özünün məqsədlərinə nail olmaq üçün erməni silahlı dəstələrini hazırlayırdı. Çarzmin əsas məqsədi İstanbula, Çanaqqala, Bosfor və Dardanel boğazlarına sahib olmaq idi. Erməni silahlı dəstələri sistemli şəkildə yaradılıb  cəbhəyə göndərilirdi. Faktlara müraciət edək...

1914-cü ilin sentyabr ayının 23-də Rusiya Xarici İşlər Nazirliyinin 3-cü siyasi şöbəsinin məsləhətçisi Klen İstanbuldakı səfir Girsə 25851 saylı teleqramında yazırdı ki, “Ailə baş komandanla Qafqaz canişinliyinin razılaşmasına əsasən Türkiyə ilə müharibə olacağı təqdirdə ermənilərin, aysorların, kürdlərin üsayanını vaxtında hazırlamaq barədə qərar qəbul edilmişdir. Dəstələr (Cənubi Azərbaycanı nəzərdə tutur) fars adminstasiyasından xəbərsiz konsulların və hərbi rəislərin rəhbərliyi ilə hazırlanacaq”. Həmin teleqramda göstərilirdi: “Tüfənglər, silahlar hazırdır, lazım olanda veriləcək, maliyyə də vardı, dəstələr yalnız bizim razılığımızla hərəkətə başlayacaqlar”. Bu, silahlı dəstələrin necə yaradılması prosesindən xəbər verir. Bu teleqramdan bir müdət əvvəl 1914-cü il avqustun 24-də Qafqaz canişini Vorontsov 441 nömrəli teleqramında Sazanova yazırdı ki, türklərə qarşı erməni dəstələri yaradılır. “Türkiyə ilə müharibə olacağı təqdirdə onlardan istifadə ediləcək, buna görə 25 tüfəng , 12 milyon patron verilməsi ilə bağlı Hərbi Nazirliklə danışıqlara girməyinizi xahiş edirik”. Əsas göstərişlər Moskvadan, Peterburqdan verilirdi. 1914-cü il sentyavbrın 20-də 760 nömrəli teleqramında Vorontsov erməni silahlı dəstələrin  yardılması barədə Sazanova məlumat verirdi və konkret hazırlandığı yerləri və rəhbərlərini göstərirdi. Teleqramda aydın şəkildə göstərilirdi- erməni silahlı dəstələri Poltda, Sarıqamışda, Kağızmanda və İğdırda rus hərbi rəislərinin Azərbaycanda (orda Cənubi Azərbayca nəzərdə tutulurdu) Xoydakı konsul general Voroponovun, Makudakı konsul Orlovun, Urmiyadakı konsul Vedenskinin və konsul Andreyevskinin rəhbərliyi ilə hazırlanır. Bunlar tarixi sənədlərdir. 1914-cü il sentyabrın 23-də 4180 nömrəli teleqramında general Yanoşkeviç Sazanova yazırdı ki, Çar 2-ci Nikolay bu təkliflərin hamısı ilə razıdır. Beləliklə, Osmanlı ilə Çar Rusiyası müharibəyə girdikdən sonra erməni silahlı dəstələri dinc türk əhalisini arxadan vurdular. Həm həmin ərazidə yaşayan ermənilər hökümətə qarşı qiyam qaldırdılar, həm də imperatorluğun hər yerində yaradılan erməni silahlı dəstələri dinc insanlara divan tutmağa başladılar. Erməni könüllüləri Tiflisdə Qriboyedov küçəsi 28-də, Bakıda isə Nizami küçəsinin tinində-o zamankı “Tarqovıy” küçəsi ilə Milyon küçəsinin kəsişməsində  yerləşən erməni cəmiyyətində toplanırdılar.

 

Erməni silahlı dəstələri dinc türkləri qətlə yetirib M. Qasımlı yenə də faktlara müraciət edir:

- Türklər erməniləri qırdı, yoxsa, erməni silahlı dəstələri dinc türk müsəlman əhalini qırdılar? Müharibə başlayan zaman Kars vilayətinin müvəqqəti general-qubernatoru general-leytenant Zubov idi. 1915-ci ilin yanvarında general Zubov vilayətin əhalisinə bir müraciət etdi. O müraciətdə general Zubov yazırdı: “Türkiyə ilə müharibə başladıqdan sonra az mədəniyyətli xristian əhalisinin bir hissəsi yerli müsəlmanlara qarşı düşmənçilik edirlər, açıq hücümlar edərək dinc müəslmanları öldürürlər. Bu, xeyli qəmli təzahürdür. Rusiya türk hökuməti ilə döyüşür,  yerli dinc əhali ilə döyüşmür. Dinc müsəlman əhalinin öldürülməsi idarəçilik qaydalarına qarçı cinayətdir”. Bu, Karsın müvəqqəti general-qubernatoru Zubovun müraciətidir. Bu, rəsmi bir sənəddir. Yəni 1915-ci ilin yanvarına qədər erməni silahlı dəstələri dinc əhalini məhv edirdi, general Zubovsa deyirdi ki, onlar yerli türk, müsəlman əhalisi ilə döyüşmürlər. Karsın Zubovdan sonra olan qubernatoru Podqroski 1915-ci il yanvarın sonlarında Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinə müraciət edərək Kars vilayətində acınacaqlı vəziyətə düşmüş müsəlmanlara yardım etməyi xahiş edirdi. Bu mənada Anadoluda müsəlmanların qırılması ilə bağlı Erməni Xeyriyyə Cəmiyəti və Müharibədən Zərər Çəkənlərə Erməni Yardım Mərkəzi Komitəsinin sədri Arutonovun məktubu çox maraqlıdır. Arutunov Qafqaz Xeyriyyə Cəmiyyəti və Müharibnədən Zərəçəkənlərə Erməni Yardım Mərkəzi Komitənin sədri olaraq 1915-ci il yanvarın 27-də Tiflis Müsəlman Xeyriyyə Cəmiyyətinə bir məktub göndərir. Həmin məktubda o birmənalı olaraq yazırdı: “Karsı gəzərkən öldürülən, evini itirən çoxlu müsəlmanlar gördüm. Dəhşətli vəziyətə düşən insanları gördüm. Onlara yardım etməyinizi xahiş edirəm”.

Müharibə dövründə Bakıda ermənilərin maliyyələşdirdiyi və Vermeşevin redaktoru olduğu “Baku” qəzetində bir məlumat dərc olunmuşdu. Bu məlumat “Baku” qəzetinin 1915-cil 29 aprel tarixli nömrəində verilib. Onu oxuduqda insanı heyrətə gətirir. “Baku” qəzetinin həmin tarixli nömrəsində yazılrdı: “Vanda 10 min erməni “dezertri” türklərə divan tutublar”. Bu, ermənilərin özlərinin yazdıqları məlumatlardır.

 

Nəyə görə 24 aprel..?

 

- Nəyə görə ermənilər 24 apreli uydurma “soyqırımı” günü  kimi qeyd edirlər? Diqət yetirsək, görərik ki, bütün bu qırğınların hamısı 1915-ci ilin aprelinə qədər olub, ermənilər tərəfindən türklərə və müsəlmanlara qarşı törədilib. Erməni silahlıları dinc tükləri, müsəlmanları qırıblar, yerlərdə yaşayanlar ermənilər hökumət orqanlarına hücum edib, ölkəyə, rəsmi hakimiyyətə qarşı qiyam qaldırıblar. 1915-ci il aprelin 24-də Osmanlı İmperatorluğunun Daxili İşlər Nazirliyi bir əmr verdi. Aprelin 26-da da Baş komandanlığın əmri çıxdı. O əmrə görə 2345 erməni terrorçusu ölkənin müxtəlif yerlərində həbs edildi. 1915-ci il mayın 27-də “Söbh və isqan haqqında” Qanun qəbul edildi. Dövlətə qarşı qiyam qaldıran ermənilər daha təhlükəsiz yerlərə köçürülməyə başladı. Köçürülərkən bu ermənilərin can və malı qorunmalıydı. Köçürmə dövlətin hesabına həyata keçirilirdi. Ermənilər köçürülərkən onların təhlükəsizliyini qorumaqdan ötrü jandarm qüvvələri verilmişdi. Sağlamlıqlarının qorumasından ötrü həkimlər ayrılmışdı. Ermənilər Van, Bitlis, Ərzurumdakı vilayətlərin daxilində olan daha təhlükəsiz ərazilərə köçürüldülər.

 

1915-ci ildə Türkiyədə 1,5 milyon erməni olmayıb

 

- 1916-cı il oktyabr ayının məlumatına görə, təxminən 702  min 900 nəfər erməni köçürülüb və onlar müharibə aparmasına baxmayaraq, Osmanlı höküməti tərəfindən qayğı ilə əhatə olunublar. Hökumət bu prosesə təxminən 86 milyon lirə xərcləmişdi. Deməli, 24 aprelin soyqırımı kimi götürülməsinin “ermənilərin öldürülməsi” ilə heç bir əlaqəsi yoxdur. Həmin gün erməni terrorçularının həbsi günüdür. Bu gün ermənilər 1 milyon 500 min nəfər ermənin qırıldığını söyləyirlər. Bu həqiqətə nə dərəcədə uyğundur?

Söylədiyim erməni silahlı dəstələrinin yaradılması və dinc türk əhalisinə divan tutulması ilə bağlı fotoşəkilləri sizə təqdim edirəm. Həmin fotoşəkillərin çoxu indiyə qədər heç yerdə verilməyib. Həmin fotolar ermənilərin özləri tərəfindən çəkilib. Bu şəkillər erməni silahlı dəstələrinin hazırlanması və türk ərazilərinə hücum edib, dinc türk əhalisini qırmaqdan ötrü hücum hazırlığı anlarını özündə əks etdirir. Hesab edirəm bu fotoşəkillər erməni yalanları haqqında həqiqətlərin üzə çıxmasına kömək göstərə bilər. Ermənilər 1 milyon nəfərin öldürüldüyünü yazırlar, bu rəqəm həqiqətə nə dərəcədə uygundur? Tarixi gerçəkliyi əks etdirimi, etdirmirmi? Əvvala, ölənlər hərbi əməliyyat meydanında ölənlərdir və say bu qədər deyil. Həmin dövrün rəqəmlərinə diqqət yetirsək görürük ki, öldürülən ermənilərin sayı əvvəlcə 600 min, sonra 800 min , sonra isə 1 milyon 500 min nəfər göstərilir. Bu rəqəmlər reallığa nə dərəcədə uyğundur? Rusiyanın görkəmli alimlərindən biri çarizm devriləndən sonra müvəqqəti hökumətin xarici işlər naziri olmuş Milikovun “Qafqazskiy teleqraf” qəzetinin 7 dekabr 1914-cü il tarixli 6-cı sayında “Ermənistanın taleyi” adlı bir məqaləsi çap olunub. Məqalədə deyilir: “Etnoqrafik Emənistan hüdudlarında yaşayan bütün əhali içərisində xristianlar 1 milyon 183 nəfərdir. Xristianların içərisində ermənilər də vardı, malakanlar da və s. 1877-78-ci il rus-türk müharibəsindən sonrakı ərazilər Rusiyaya keçmişdir, ora digər millətin nümayəndələrini də  köçürmüşdülər". Milikov elə belə də yazır: “Onlardan 1 milyon 18 min nəfəri və ya 45.1%-i ermənidir. Etnoqrafik Ermənistan hüdudlarında yaşayan əhalinin 54.8 %-i müsəlmandır”. Bu rəqəmi türk, Azərbaycan tarixcisi demir. Bu rəqəmi rus tarixçisi deyir. Hacı Zeynəlabdin Tağıyevin maliyyələşdirdiyi “Kaspiy” qəzetinin 1914-cü il 18 noyabr tarixli 259 –cu sayında yazılırdı: “6 vilayətdə 1 milyon 18 min erməni yaşayır.Yenə “Baku” qəzetinin 1915-ci il 4 sentyabr tarixli 197-ci sayında “Ermənistanın göz yaşları” məqaləsində göstərilirdi ki, bütün Türkiyədə yaşayan ermənilərin sayı 1milyon 200 mindir. Onlardan təxmininən 250 mini Qafqaza gəlmişdir. Birinci Dünya müharibəsi illərində o qəzetdə 200 min yazılır. 700 min nəfər başqa ölkələrə köç edib getmişdir. 280 min erməni daimi yaşadığı yerlərdə yaşamağa davam etmiş və İslamı qəbul etmişdir.

 

Ermənilərin yazdıqları

 

Erməni müəllifin yazısına diqqət yetirək.

1915-ci ildə Arşaq Çobanyan adlı bir erməni Türkiyədə öldürülən ermənilərin sayının 850 min olduğunu deyir. Lakin amerikalılardan ibarət komissiya gəlir. Onlar yazırlar ki, “bu yerləri gəzdik, yazılı və şifahi mənbələrə əsasən, yerli və xarici mənbələrə istinadən öyrəndik ki, 850 min erməninin öldürülməsi səhv rəqəmdir. Bu rəqəm yalnız 500 min nəfər ola bilər”. Erməni Arşaq Çobanyan yazırdı: “Bu rəqəm həqiqətə uyğun gəlir. Həqiqəti söyləməkdən qorxmaq lazım deyil”. Burda bir izahat ehtiyac var. Öldürülən dinc əhali deyildi, döyüş meydanında öldürülənlər idi. 1926-cı ildə Qurka Kriyaşin – o, Türkiyə üzrə mütəxəssis idi- Sovet İttifaqı-Türkiyə siyasətini müəyyənləşdirərkən yazırdı ki, “hərbi əməliyyatların gedişində 300 min erməni öldü, 200 mini Rusiyaya qaçdı, 400 min erməni İslamı qəbul etdi”. Dünya müharibəsində öldürülən ermənilərin sayının 300 min nəfər olmasını ingilis arxiv mənbələri də təsdiqləyir. Onlar hərbi əməliyyatlar meydanında öldürülmüşlər. Bununla bağlı konkret olaraq İngiltərənin Xarici İşlər Nazirliyinin arxivində materiallar var. Osmanlı müharibədən məğlub  çıxandan sonra ingilis hakimiyyəti bir neçə türk generalına qarşı cinayət işi qaldırdı, həmin cinayət işində də aydın şəkildə göstərilirdi ki, Ənvər Paşa, Nuru Paşa, Mürsəl Paşa və digərləri 300 min ermənin öldürülməsində günahkarlardılar. Onlar hərbi əməliyyatlarda, döyüş meydanlarında öldürülmüşdür və silahlı dəstələr şəkilində hazırlanıb cəbhəyə gedənlər idi. Amma soruşulur, bu məsələlər birdən-birə beynəlxalq münasibətlərə necə çıxarıldı..? 

Ermənilər uydurma məsələni beynəlxalq areneya necə çıxarıb?

 

- Yenə arxiv sənədlərinə müraciət edirik. Ermənilər 1915-ci il aprelin 24-nü “soyqırımı” günü kimi qeyd edirlər, amma bu məsələ, onun qaldırılması aprelin 24-dən çox-çox qabaq olmuşdur. Çar Rusiyasının Xarici İşlər Nazirliyinin sənədlərinə diqqət yetirək. 1915-ci il aprelin 7-də bütün ermənilərin katalikosu 5-ci Gevorq xarici işlər naziri Sazanova və Qafqaz canişini Vorontsova müraciət etdi. O müraciətdə deyilirdi ki, ermənilərin işini müdafiə edin. Xarici İşlər Naziriyində bu müraciətə baxıldı. ABŞ və İlatliya hökümətində 5-ci Gevorqun müraciəti bəyənildi. 5-ci Gevorq həmin ölkələrin hökumətlərinə də müraciət etmişdi. Bu Çar Rusiyasının Xarici İşlər Nazirliyində bəyənildi. Xarici İşlər Nazirliyi ABŞ və İtaliyadakı səfirlərinə xüsusi bir göstəriş verdi. Həmin göstərişdə Gevorqun müraciətini dəstəkləmək tövsiyyə edilirdi. Amma göstərişdə bunun özünü qabartmadan, arxa planda qalaraq müdafiə olunması əmri də var idi. Sazanov 1915-ci aprelin 14-də 1818 nömrəli teleqramında Rusiyanın Roma və Vaşinqtondakı səfirlərinə katalikosun müraciətini müdafiə etmək tapşırığını verdi. Amma bu müdafiə hiss olunmamalı idi. Elə göstərilməli idi ki, sanki bütün işlərin hamısını ermənilər görürlər. Bu teleqram aprelin 24-nə hələ 10 gün qalmış göndərilən bir teleqram idi. 1915-ci il aprelin 25-də Çar Rusiyası Xarici İşlər Nazirliyi 176 nömrəli teleqramını Parisdəki səfir İzvolvskiyə və Londakı səfir Bekendorfa göndərdi. Teleqramda ermənilərin əzişdirilməsi barədə məsələ qaldırılması haqqında təlimat verildi. Həmin dövrün sənədlərində əsasən, “ermənilərin əzişdirilməsi” ifadələri işlənilir. Səfirlərə göstəriş verildi ki, bir bəyanat qəbul olunmalıdıır. Bu bəyanat Londan, Paris və Petrorqradda (Peterburqda) eyni vaxtda səslənməli idi. Həmin bəyanat Fransa Xarici İşlər Nazirliyinə aparıldı. Fransa Antantanın bir üzvü kimi Osmanlıya qarşı mübarizə aparırdı. Fransanın xarici işlər naziri Derkase bəyanatı oxudu və bəyanatdakı bir ifadənin əleyhinə çıxdı- “ermənilərin əzişdirilməsi xristianlığa və sivlizasiyaya qarşı bir cinayətdir”. Derkase bildirib ki, Fransanın müstəmləkələrində müsəlmanlar yaşayırlar, bu dini-ayrı seçkiliyə gətirə bilər. Buna görə də təklif etdi ki, xristianlığa ifadəsinin əvəzinə bəşəriyyətə ifadəsi yazılsın. Derkasenin düzəlişi ilə həmin bəyanatda “bəşəriyyətə və sivlizasiyaya qarşı cinayətdir” ifadəsi yazıldı. Bəyanatın lahiyəsi Londonda İngiltərənin xarici işlər naziri Edvard Qreylə müzakirə edildi. Bəyanatın mətni ilə tanış olan Qrey bildirdi: “Qoy Rusiya bu barədə təkbaşına bəyanat versin. Üç paytaxtda bu bəyanatın eyni vaxtda səslənməsi məqsədə uyğun deyil”. Qrey daha sonra demişdi: “Əgər biz bu məsələdə türkləri ittiham etsək, onları günahkar saysaq, türklər haqlı çıxacaqlar. Bildirəcəklər ki, onlar müharibə aparırdı. Erməni silahlı dəstələri onları arxadan vurdu. Ermənilər hökumətə qarşı qiyam qaldırdılar, türklər də təhlükəsizlik tədbirləri görməyə məcbur oldu”. Qrey bir daha bildirirdi ki, “qoy bu bəyanat Petrorqradda təkbaşına səsləndirilsin”. Çar Rusiyasının səfirinin ona cavabı çox maraqlıdır. Bekondrof bildirir:

 “Söhbət türklərdən gedəndə ədalətdən danışmağa dəyməz, gələcəkdə ermənilər bu məsələni qaldıracaqlar, indi isə birgə bəyanat verməklə ermənilərin mənəvi ruhunu yüksəltmək lazımdır”.

 

Qondarma “soyqırımı”- erməni ideologiyasıdır

 

- Bütün tarixi sənədlərin hamısı aydın şəkildə göstərir ki, ermənilərin “soyqırımı” ilə bağlı söylənilənlərin heç bir əsası yoxdur. “Erməni soyqırımı” deyilən şey qondarmadır. Bu, bir sıra dövlətlərin maraqları baxımından ortaya atılıb. Ondan bir alət kmi istifadə edilib.

Ermənistan heç bir zaman “erməni soyqırımı” iddiasından imtina etməyəcək. Ona görə ki, bu, həm Ermənistandakı, həm xaricdəki ermənilər üçün bir ideologiya halına gəlib. Erməniləri bir zaman ayaqda saxlayan kilsə idisə, 1915- ci ildən sonra onlar bu “soyqırımı” uydurdular və özlərinə ikinci ayaq yaratdılar. Əgər “soyqırım” ideologiyası aradan götürülərsə, o zaman Ermənistan dövləti də olmaya bilər. “Soyqırımı” bütün erməniləri birləşdirən bir ideologiya halına gəlib. Ölkə daxilində didişən qüvvələr, düşmənçilik edənlər bu məsələdə birləşirlər. “Soyqırımı” onların alver predmetinə çevrilib.

  

 

Türklərə qarşı silahlanmış erməni dəstəsi.

 

Onlar müsəlmanların qanının içməyə hazırdılar.

 

Türklərin üzərinə hücuma hazırlaşan silahlı erməni könüllü dəstələrini erməni keşişi yola salır. 

 

Erməni silahlıları türklər üzərinə yürüşə başlayıblar.

 

Andranik öz başkəsən dəstəsilə birgə.

 

Erməni terrorçusu Amazasp öz tərəfdarları ilə.

 

Erməni dəstələri Türkiyənin Vana vilayətinə yürüşə hazırlaşırlar.

 

Türkləri qırmağa gedən dəstənin 75 yaşlı könüllüsü.  

Təhminə Paşayeva

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!