Modern.az

Milli Məclisdə ABŞ əleyhinə çıxışlar (yenilənib)

Milli Məclisdə ABŞ əleyhinə çıxışlar (yenilənib)

20 Aprel 2010, 00:00

Bu gün Milli Məclisin növbəti iclası keçirilir. Modern.az xəbər verir ki, iclasın gündəliyinə bir neçə qanun layihəsinin müzakirəsindən ibarət 9 məsələ daxildir. Müzakirələrdən öncə cari məsələlərə münasibət bildirilib.

Vitse-spiker Bahar Muradova müxalifətin seçki məsələləri haqda iddialarına münasibət bildirib. O, deyib ki, seçki prosesindən kənarda qalmaqla onun haqqında obyektiv rəy demək olmaz. Azərbaycanda keçirilən seçkilərin beynəlxalq standartlara uyğun olduğunu deyən millət vəkilinin fikrincə, ölkədə əksəriyyət seçkinin demokratik keçirilməyəcəyi fikri ilə razı deyil.

Parlament seçkilərinə yüksək səviyyədə hazırlığın getdiyini deyən Bahar Muradova bunun əksini iddia edən fikirləri qəbul etməyib: “Seçkinin demokratik keçməyəcəyini deyənlər o demokratik prosesə qoşulmurlar. Keçirilən konfransları boykot edirlər. Bu, gülüncdür. Özünü prosesdən kənarda saxlamaqla proses haqqında obyektiv rəy söyləmək olmaz”.

Bahar Muradova YAP üzvü kimi Azərbaycandakı siyasi qüvvələrin hamısına çağırış edib və onları seçki hazırlığı prosesinə qatılmağa səsələyib: “Prosesin içində olun, haqlı-haqsız tərəflərini görün, sonra fikir bildirin. AŞPA prezidentinin burdakı səfəri zamanı görüşdən yarımçıq getmək gülməlidir, siyasətçiyə yaraşan hərəkət deyil. Bunlar siyasi partiya rəhbərinin nüfuzuna xələlə gətirən hərəkətdir”. Bahar Muradova deyib ki, bu cür şəxslərin Azərbaycanda seçki prosesi və onun gələcəyi haqqında proqnoz verməsi həqiqətə uyğun deyil.

YAP sədrinin müavini, millət vəkili Əli Əhmədov çıxış edədək ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı yürütdüyü siyasətə etirazını bildirib. "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması missiyasını üzərinə götürən həmsədr ölkələrdən biri kimi ABŞ-ın indiki mövqeyi bu ölkə ilə Azərbaycan arasında münasibətlərin xarakterinə uyğun deyil” Ə.Əhmədov deyib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi, ABŞ Azərbaycanın maraqlarının ziddinə olaraq Ermənistana maliyyə dəstəyi verir. Onun sözlərinə görə, bu, özünü dünyada demokratiyanın carçısı kimi təqdim edən ABŞ-ın missiyasına uyğun gəlmir. Ə.Əhmədovun fikrincə, Milli Məclis də bununla bağlı ciddi mövqeyini bildirməlidir: "Azərbaycan ictimaiyyəti, xüsusilə də siyasi partiyalar ABŞ-ın bu mövqeyinə etirazlarını açıq şəkildə ortaya qoymalıdır". Millət vəkili Siyavuş Novruzov isə deyib ki. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində bəzi dövlətlərin tutduğu qərəzli mövqe tamamilə Azərbaycanın əleyhinə yönəlib. Onun fikrincə, Azərbaycanın daxilindəki bəzi qüvvələr də bəzi dövlətlərin indiki mövqeyinin dəstəkçisi kimi çıxış edirlər: "Bütün bunları nəzərə alaraq, Azərbaycan dövlətinin maraqlarının ziddinə olan proseslərə kəskin münasibət bildirilməlidir".

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Azərbaycan hökumətini ABŞ-ın neft şirkətləri ilə bağlanan neft müqavilələrinə yenidən baxmağa çağırıb.

F.Ağamalı ABŞ-Azərbaycan münasibətləri ilə bağlı həmkarları Əli Əhmədov və Siyavuş Novruzovu dəstəkləyib. Onun sözlərinə görə,

ABŞ şirkətləri indiyədək Azərbaycan nefti hesabına milyardlarla dollar qazanıblar. Amma qazandıqları pulları Ermənistana, Dağlıq Qarabağ ermənilərinə paylayır, onlara yardım edirlər. "Hesab edirəm ki, Azərbaycan ABŞ şirkətlərinin neft payına yenidən baxmalıdır, bu şirkətlərlə əməkdaşlığa xitam verməlidir”.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir