Modern.az

Hesablama Palatası cənub rayonlarında qanunsuzluqlar aşkarlayıb

Hesablama Palatası cənub rayonlarında qanunsuzluqlar aşkarlayıb

Ölkə

20 Aprel 2010, 14:26

Hesablama Palatasının sədri Heydər Əsədov bildirib ki, qurumun apardığı araşdırmalar nəticəsində cinayət xarakterli əməllər də daxil olmaqla, əlilliyin verilməsi, bəzi hallarda saxta sənəd doldurmaları və başqa xarakterli çatışmazlıqlar aşkarlanıb. Jurnalistlərə açıqlamasında H.Əsədov cəbub bölgəsində-Yardımlı, Masallı, Cəlilabad, Lerik rayonlarında əlilliyin verilməsi ilə bağlı nöqsanlar aşkarlandığını söyləyib. Palata sədri bildirib ki, təkrar əlilliyin verilməsi ilə bağlı saxta sənədlərdən istifadə olunub. Nəticədə, dövlətə xeyli ziyan vurulub. Hər bir rayonda audit aparılmasının nəticəsi olaraq tədbirlər görülməsi üçün Baş Prokurorluğa müraciət olunub. Prokurorluğun Korrupsiya İdarəsindən Hesablama Palatasına verilən rəsmi məlumata görə, hər bir işlə bağlı cinayət işi başlanılıb. H.Əsədovun sözlərinə görə, Hesablama Palatası görülən işlərin nəticəsini ümumiləşdirərək, mövcud təlimatlarla qanunvericilikdəki boşluqlar arasındakı ziddiyyətlərin aradan qaldırılması, büdcədə şəffaflığın artırılması üçün 25 səhifəni əhatə edən 30-dan çox təkliflə hökumətə müraciət edib. Hazırda həmin təkliflər əlaqədar qurumlarda araşdırılır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü