Modern.az

SAMF Azərbaycan dilinin qorunması problemini müzakirəyə çıxaracaq

SAMF Azərbaycan dilinin qorunması problemini müzakirəyə çıxaracaq

Media

20 Aprel 2010, 16:23

Söz Azadlığını Müdafiə Fondu (SAMF) 27 aprel 2010-cu il tarixdə “Kaspian Plaza” Biznes Mərkəzinin konfrans zalında “Azərbaycan dilinin qorunması: media, reklam və etnoqrafiya müstəvisində” mövzusunda dəyirmi masa keçirəcək. Modern.az-a verilən məlumata görə, fondun təmsilçiləri dəyirmi masada Azərbaycan dilinin qorunmasını zərurətə çevirən milli və dövlətçilik mövqeli elementləri geniş müzakirələrə təqdim etmək niyyətindədir. Bu sahədə yaranan ciddi problemlərin ictimailəşdirilməsini nəzərdə tutan tədbirdə dövlət dilinin qorunmasına vətəndaş nəzarətini stimullaşdıracaq QHT təmsilçilərindən ibarət işçi qrupunun yaradılması təklifini də müzakirəyə çıxaracaq.   Bununla yanaşı, tədbirdə təşkilatın paytaxtın küçə reklamlarında dövlət dilinin qorunması ilə apardığı monitorinqlər barəsində məlumat veriləcək. Dəyirmi masanın işinə mütəxəssislər, dilçi alimlər, hüquqşünaslar, KİV təmsilçiləri dəvətlidir. Bu ümummilli problemin müzakirələrində bütün ziyalılarımızın iştirakını istəyən SAMF kollektivi qarşıdakı bir həftə ərzində onlardan ictimailəşdirilməsi vacib olan təkliflər də gözləyir və hamını bu müzakirələrdə aktiv olmağa çağırır.  Modern.az 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir