Modern.az

Tovuzda sərnişin avtobusları toqquşub, 8 ölü var (yenilənib)

Tovuzda sərnişin avtobusları toqquşub, 8 ölü var (yenilənib)

Ölkə

21 Aprel 2010, 10:59

Bu gün səhər saat 7-8 radələrində Bakı-Qazax yolunda, Tovuz rayonu ərazisində ağır yol qəzası baş verib.  Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə Bakı-Qazax yolunun 420-ci kilometrliyində, Tovuz rayonunun Dönük Qırıxlı kəndi ərazisində baş verib. Bakı istiqamətində hərəkət edən "Mersedes" markalı mikroavtobusla Qazax istiqamətində hərəkət edən "Daewoo" markalı avtobus toqquşub. Hadisə nəticəsində 8 nəfər ölüb, 12 nəfər də yaralanıb. Qəza zamanı ölən 8 nəfərdən 3-ü Türkiyə Respublikasının vətəndaşıdır. İlkin ehtimala görə, qəzaya səbəb sürücülərdən birinin yuxulu olması olub.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, toqquşma nəticəsində "Daewoo" markalı avtobus dərəyə yuvarlanıb, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb, avtobusda olan 9 nəfər həlak olub, 15 nəfər xəsarət alıb. Hadisə yerinə gəlmiş Fövqəladə Hallar Nazirliyinin xilasediciləri müvafiq xilasetmə alət və avadanlıqları vasitəsilə cəsədləri və yaralıları nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Səhiyyə Nazirliyi yol qəzasında ölənlərin siyahısını açıqlayıb:

1. 1965-ci il təvəllüdlü Ozan Bülend Kazım(Türkıyə)
2. 1975-ci il təvəllüdlü Yaşar Yardımçı(Türkıyə)
3. 2005-ci il təvəllüdlü Bora Yardımçı(Türkıyə)
4 1968-ci il təvəllüdlü Nizami Hüseynov(Bakı)
5. Xalid Ömərov
6. 1967-ci il təvəllüdlü Sevinc Ömərova(Qazax)
7. 1954-cü il təvəllüdlü Təhminə Qəmbərova (Gürcüstan)
8. Ramin Məmmədov

Xəsarət alanların siyahısı isə belədir:

1. 1975-ci il təvəllüdlü Zöhrə Aslan Yardımçı
2. 1999-cu il təvəllüdlü Burat Yaşar Yardımçı (hər ikisi Türkiyə vətəndaşları)
3. 1977-ci təvəllüdlü Esmira Qurbanova
4. 1998-ci il təvəllüdlü Məhərrəm Osmanov (hər ikisi Gürcüstan vətəndaşları)
5. 1966-cı il təvəllüdlü Nadir Osmanov
6. 1978-ci il təvəllüdlü Fariz Qocayev
7. 1983-cü il təvəllüdlü Oksana Əliyeva
8. 2006-cı il təvəllüdlü Fərid Qocayev
9. 1966-cı il təvəllüdlü Qoşqar Mehmanov
10. 1962-ci il təvəllüdlü Qafur Nəsimov (Qazax rayon sakinləri)
11. 1964-cü il təvəllüdlü Rzaqulu Məmmədov,
12. 1962-ci il təvəllüdlü Məsmə Əliyeva (Gəncə şəhər sakinləri)

Yaralılar müxtəlif bədən xəsarətləri ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Yaralılardan 11-nə ambulator şəraitdə ilkin yardım göstərildikdən sonra evə buraxılıblar. 3 nəfərin vəziyyəti ağır və orta ağırlıqdadır.
 
Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür