Modern.az

Əli Həsənov: “ABŞ-la münasibətləri korlamaq istəmirik, amma bəzən şərait məcbur edir”

Əli Həsənov: “ABŞ-la münasibətləri korlamaq istəmirik, amma bəzən şərait məcbur edir”

21 Aprel 2010, 12:52

Modern.az xəbər verir ki, Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycanla bağlı siyasətindən danışıb:

“Mən hesab edirəm ki, ABŞ dövlət Departamentinin Azərbaycandan gedən narazılıqlara reaksiyası normaldır. Biz bunu normal qəbul edirik. Dağlıq Qarabağ məsələsində sona qədər obyektiv olacaqlarına inanırıq. Düşünürük ki, Azərbaycandan olan bu təpkilər ABŞ-ın dövlət siyasətini planlaşdırma məzkəzlərinə müəyyən təsir göstərdi. Digər məsələlərdə də ABŞ-la olan münasibətlərimizi korlamaq istəmirik. Təəssüflər olsun ki, bəzən buna şərai məcbur edir. Ümid edirik ki, ABŞ əvvəllərdə olduğu kimi, Azərbaycanla bağlı öz sağlam tərəfdaşlıq mövqelərini qoruyub saxlayacaq. Biz də buna müvafiq olaraq bu ölkənin maraqları ilə bağlı bütün öhdəliklərimizi yerinə yetirəcəyik”. Əli Həsənov deyib ki, Azərbaycan ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ məsələsinin həllində irəliləyişə nail olmaq baxımından fəaliyyətindən də narazıdır: "Neçə illərdir, Dağlıq Qarabağ məsələsi ölü nöqtədən tərpənmir, Ermənistan bir görüşdə razılaşdığını ikinci görüşdə təkzib edir. Düşünürük, artıq ortaya iradə qoymağın vaxtıdır". Təhminə Paşayeva 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir