Modern.az

Azərbaycanda ərzaq malları bahalaşıb

Azərbaycanda ərzaq malları bahalaşıb

Ölkə

21 Aprel 2010, 18:17

Dövlət Statistika Komitəsi ərzaq və sənaye məhsullarının qiymətlərində baş verən dəyişikliklərlə bağlı statistik göstəriciləri açıqlayıb. Modern.az xəbər verir ki, komitənin məlumatına görə, 2010-cu ilin mart ayında əvvəlki ayla müqayisədə ərzaq məhsullarının qiymətlərinin 2,4 faiz bahalaşması nəticəsində istehlak mallarının qiymətləri 1,3 faiz qalxəb.

Ötən ay ərzində qeyri-ərzaq mallarının qiymətləri 0,1 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri isə 0,3 faiz ucuzlaşıb. Dövlət Statistika Komitəsi bildirb ki, ərzaq məhsullarından buğda ununun qiyməti 0,3 faiz, qarabaşaq yarmasının 0,2 faiz, makaron və vermişelin 0,2 faiz, kərə yağının 1,8 faiz, qoyun ətinin 0,2 faiz, kələmin 16,3 faiz, soğanın 17,8 faiz, kartofun qiyməti 7,3 faiz bahalaşmış, mal ətinin qiyməti 0,1 faiz, yumurtanın 0,9 faiz, dondurulmuş balığın qiyməti isə 0,3 faiz ucuzlaşıb. Yaz mövsümünün gəlişi ilə əlaqədar olaraq ay ərzində kişi və qadınlar üçün qış geyimlərinin qiymətləri ucuzlaşıb. Geyim qrupu mallarının qiymətlərində 0,4 faiz, inşaat mallarından kəsilmiş taxtaların 0,1 faiz, ağac yonqar lövhələrin 0,4 faiz, ağac-lifli lövhələrin 0,3 faiz, sementin 0,8 faiz, metal kirəmitin 0,2 faiz, qumun 0,2 faiz və məişət mallarının qiymətlərində 0,1 faiz ucuzlaşma müşahidə olunub.  Ucuzlaşma ilə yanaşı, ay ərzində qadın üçün yay ev xalatının qiyməti 0,1 faiz, yay yubkasının 0,2 faiz, yay şalvarının 0,1 faiz, inşaat mallarından nitro boyanın qiyməti 0,2 faiz, yağlı boyanın 0,5 faiz, sulu boyanın 0,6 faiz, parket üçün lakın 0,9 faiz, pəncərə şüşəsinin 0,4 faiz, parketin 0,2 faiz, kərpicin qiyməti 0,4 faiz bahalaşıb. Ay ərzində əhaliyə göstərilən pullu xidmətlərdən hava və dəmiryol sərnişindaşıma nəqliyyatında qiymət və tariflər ucuzlaşıb.

Mart ayında bitkiçilik, bostan və bağçılıq həmçinin diri mal-qara və heyvandarlıq məhsullarının istehsalçı qiymətlərinin 2,1 faiz bahalaşması nəticəsində ümumilikdə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 102,1 faiz təşkil etdiyi bildirilib. Bitkiçilik, bostan və bağçılıq məhsullarından kartofun istehsalçı qiymətləri 5,3 faiz, sitrus meyvələrinin, kökümeyvəli və köküyumruluların 0,8 faiz, turuncu meyvələrin 2,7 faiz, zeytun və qoz-fındığın 1,9 faiz, subtropik meyvələrin 0,5 faiz, dənli bitkilərin 1,1 faiz, tərəvəz məhsullarının 0,3 faiz, digər qruplara daxil edilməyən sair tərəvəzlərin qiymətləri 6,4 faiz bahalaşıb. Diri mal-qara və heyvandarlıq məhsullarından yumurtanın istehsalçı qiymətləri 19,7 faiz, mal ətinin (diri çəkidə) 6,8 faiz, quş ətinin (diri çəkidə) 5,2 faiz, təbii balın 4,7 faiz bahalaşıb, iribuynuzlu qaramaldan alınan südün 0,1 faiz, qoyun ətinin (diri çəkidə) 0,2 faiz, diri iribuynuzlu qaramalın 0,9 faiz, diri qoyunların qiymətləri isə 3,0 faiz ucuzlaşıb. Mart ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 0,1 faiz bahalaşıb. Ay ərzində mədənçıxarma sənayesində xam neft və təbii qaz hasilatı üzrə qiymətlər 0,4 faiz artıb, mədənçıxarma sənayesinin digər sahələri üzrə isə qiymətlər 0,4 faiz azalıb. Emal sənayesində istehsalçı qiymətləri poliqrafiya fəaliyyəti və yazılmış məlumatların daşıyıcılara çoxaldılması üzrə 3,9 faiz, qida məhsullarının istehsalı üzrə 2,2 faiz, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı üzrə 0,6 faiz, metallurgiya sənayesi və tütün məmulatlarının istehsalı üzrə 0,5 faiz, digər qeyri-metal mineral məhsulların istehsalı üzrə 0,1 faiz bahalaşıb, kağız və karton istehsalı üzrə 21,1 faiz, toxuculuq sənayesi üzrə 11,4 faiz, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 9,2 faiz, mebeldən başqa ağacın emalı və ağacdan məmulatların və tıxacın istehsalı üzrə 6,3 faiz, mebellərin istehsalı üzrə 2,1 faiz, rezin və plastmas məmulatların istehsalı üzrə 0,4 faiz, içki istehsalı, kimya sənayesi və geyim istehsalı sahələrinin hər biri üzrə qiymətlər 0,3 faiz ucuzlaşıb.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır