Modern.az

Qarabağ qazilərinin müraciəti Qırğız xalqına çatdırılıb

Qarabağ qazilərinin müraciəti Qırğız xalqına çatdırılıb

Ölkə

22 Aprel 2010, 11:34

Xəbər verildiyi kimi, iki gün öncə “Qarabağ Qaziləri” İctimai Birliyi Qırğızıstanda baş verən hadisələrlə bağlı Qırğız xalqına müraciət ünvanlamışdı.

Artıq Qarabağ qazilərinin müraciəti Qırğızıstanın aparıcı AKİpress (//kg.akipress.org/news:197201) informasiya agentliyində yayılıb. Bu barədə Modern.az-a Qarabağ qaziləri İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu məlumat verib. R.Kərimoğlunun sözlərinə görə,  bu gün də bir çox mətbuat orqanları (//for.kg/ru/news/117725, www.ca-news.org/news/363231) qazilərin müraciətini yayıb.

Xatırladaq ki, keçmiş döyüşçülər müraciətdə müharibənin ağrı-acısını yaşayan insanlar kimi Qırğız xalqını qardaş qanı axıtmamağa, müstəqil dövlətləri naminə birləşməyə çağırmışdılar. Qarabağ qaziləri Rusiyanın məkrli siyasəti ilə hadisələrin daha da qızışdırılaraq dramatik həddə çatmasından narahatçılıqlarını ifadə etmişdilər.

  

Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı