Modern.az

Prezident İlham Əliyev Müdafiə Nazirliyində müşavirə keçirib

Prezident İlham Əliyev Müdafiə Nazirliyində müşavirə keçirib

Təhsil

23 Aprel 2010, 20:19

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev aprelin 23-də Müdafiə Nazirliyində ordu quruculuğu məsələlərinə dair müşavirə keçirib.AzTV-nin məlumatına görə, Azərbaycan torpaqları işğal altında olduğunu vurğulayan İlham Əliyev ordu quruculuğunun hər zaman diqqət mərkəzində saxlanıldığını qeyd edib.

Dövlət başçısı Azərbaycanın öz hərbi imkanlarını maksimum dərəcədə gücləndirməsinin zərurətdən yarandığını diqqətə çatdırıb: “Ermənistan və havadarları işğal prosesində xüsusi qəddarlıq törədiblər. Xocalı soyqırımı bunun bariz nümunəsidir. Ermənistan bütün hüquq normalarını kobudcasına pozur. BMT Təhlükəsizlik Şurasının işğal olunan Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı 4 qətnaməsinin olmasına baxmayaraq, Ermənistan bu qərarları yerinə yetirmir”.

Ali Baş Komandan yenilənmiş Madrid prinsipləri barədə deyib ki, son təkliflər sazişin hazırlanması üçün əsas ola biləcər: “Bir daha demək istəyirəm ki, Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu olmayıb və olmayacaq. Ermənistan danışıqlar prosesini uzatmaqla işğal etdiyi torpaqlardan çıxmaq istəmir. Bizim ən böyük kompromisimiz 20 ildir, Azərbaycanın hələ də sülh prosesinə sadiq olmasıdır. Beynəlxalq aləm öz qərarlarına hörmətlə yanaşmalıdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan bölgədə heç bir problem həll edilə bilməz. Çünki bu münaqişə bölgədəki proseslərə ciddi təsir edir”.

Dövlət başçısı bildirib ki, Azərbaycanda hərbi sahənin inkişafı diqqət mərkəzindədir. O, bildirb ki, hazırda Azərbaycan ordusu bütün sahələrdə Ermənistan ordusundan daha güclü və daha peşəkardır.
Sonra müdafiə naziri, general-polkovnik Səfər Əbiyev ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər barədə məruzə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır