Gürcüstanın ilk prezidenti Zviad Qamsaxurdiya öldürülüb. Modern.az gürcü mətbuatına istinadən xəbər verir ki, Gürcüstan parlamentinin xüsusi araşdırma komissiyası belə bir qənaətə gəlib. Rəsmi versiyalara görə, Zviad Qamsaxurdiya 1993-cü ildə intihar edib. Lakin rusiyalı məhkəmə ekspertləri eks-prezidentin kəlləsində 2 güllə deşiyi aşkar ediblər. Məhz bu fakt gürgü parlamentarilərində belə bir qənaət yaradıb ki, Qamsaxurdiya intiar etməyib, onu güllələyiblər. Gürcü deputatlardan biri bəyan edib ki, Qamsaxurdiyanın ölümündə ikinci prezident Eduard Şevardnadze maraqlı idi. Şevardnadze isə bu cür ittihamları rədd edib.