Modern.az

Azərbaycan tarixi portalı (www.history.az) təqdim olunub

Azərbaycan tarixi portalı (www.history.az) təqdim olunub

24 Aprel 2010, 17:21

Aprelin 24-də“İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə www.history.az - Azərbaycan tarixi portalının təqdimat mərasimi keçirilib.
İctimai birliyin sədri Ceyhun Osmanlı məlumat verib ki, Gənclər və İdman Nazirliyi, Azerfon MMC, “HP” şirkəti və “İrəli”nin tərəfdaşlığı ilə birliyin Tarix Mərkəzi tərəfindən hazırlanmış portal Azərbaycan tarixi haqqında yazılmış kitabların, sənədlərin və digər mənbələrin elektronlaşdırılmış versiyalarını özündə cəmləşdirir.
Portal 2010-cu ilin yanvar ayından etibarən yaradılmağa başlanıb, qısa zamanda bir sıra önəmli mənbələrin elektron versiyaları hazırlanıb. Özündə elektron kitabxana, numizmatika, xalçaçılıq, arxeologiya, xəritə, fotoqalereya bölmələrini birləşdirən sayt vasitəsilə yerli və xarici vətəndaşlar Azərbaycan tarixinin istədiyi dövrü haqqında dolğun məlumat alacaqlar.
Mərasimdə gənclər və idman naziri Azad Rəhimov və Prezident Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı Şöbəsinin müdiri Elnur Aslanov çıxış edərək layihənin əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, belə portallar Azərbaycan tarixinin və mədəniyyətinin təbliği sahəsində yeni imkanlar yaradaraq ölkəmizin mövqeyini dünyada geniş şəkildə nümayiş etdirəcək.
Milli Məclisin deputatları Gövhər Baxşəliyeva, Asim Mollazadə və digərləri layihənin hazırlanmasında gənclərin iştirakını yüksək qiymətləndiriblər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı