Modern.az

Barak Obama erməni kimi danışdı

Barak Obama erməni kimi danışdı

25 Aprel 2010, 16:24

Amerika prezidenti Barak Obama ermənilərin 1915  olaylarının anma günü kimi qeyd etdikləri 24 aprellə bağlı yazılı bəyanat verib. Modern.az türk mətbuatına istinadən xəbər verir ki,  1915-ci il olayları barədə danışan Obama “soyqırım” sözünü işlətməsə də  ermənicə  “böyük fəlakət” mənası verən "Meds Yeghern" ifadəsini işlədib.

“Biz bu kədərli anım günündə dayanaraq 95 il əvvəl 20-ci əsrin ən dəhşətli qırğınlarından birinin başlamasını yada salırıq. Osmanlı İmperatorluğunun  sonlarına təsadüf edən tarixin həmin qaranlıq dövründə bir milyon yarım erməni ya qətlə yetirilib ya da ölüm yürüşünə göndərilib”.

Prezident Obama deyib ki, bu gündə həmin dəhşətli hadisələr yada salınmalı və onlardan nəticə çıxarılmalıdır.
O, 1915-ci ildə nələrin baş verdiyi barədə  öz fikirlərinin dəyişmədiyini də təkrar edib. O, bu hadisənin erməni xalqının tarixində faciəvi bir yeri olduğunu, keçmişin fəlakətli səhifələrinin təkrar olunmaması üçün və qətlə yetirilənləri yadda saxlamaq məqsədilə bu hadisələrin yaddaşlarda qalmasının zəruriyyətini qeyd edib.

Prezident Obama 24 aprel bəyanatında 1915-ci il hadisələri zamanı  erməniləri xilas edən türkləri də salamladığını tarixin həmin ağrılı dövrü ilə əlaqədar türklərlə ermənilər və Türkiyənin daxilində başlayan dialoqun onu cəsarətləndirdiyini bildirib.

Qeyd edək ki, Obama prezident seçilməmişdən öncə 1915-ci il olaylarını “soyqırmı” adlandırmışdı.

Bu dəfəki 24 aprel açıqlamasında isə Obama “1915-ci ildə olanlar barədə şəxsi qənaətimi  tutarlı şəkildə ifadə etmişdim. Və bu tarixi mövqeyimi dəyişmədim”deyib. Lakin prezident olaraq  Obama siyasi,əxlaqi və huquqi sonuclar doğuran “soyqırım” ifadəsini işlətməyərək ABŞ hökuməti və Ankara arasında münasibətə xətər yetirməkdən qaçıb.

Türkiyəyə ötən ilki səfərindən sonra Obama 24 aprel açıqlamasında Türkiyə-Ermənistan arasında ikitərəfli normallaşma səylərinə güclü dəstək verdiyini demişdi. Bu il isə Obama ciddi  problemlərin yaşandığı və artıq dalana dirənmiş Türkiyə-Ermənistan normallaşma prosesinə heç toxunmayıb. Lakin ermənilərlə türklər arasında və Türkiyənin içində “bu acılı tarix”lə bağlı dialoqun onu cəsarətləndirdiyini deyib.
Obamanın keçən ilki açıqlamasından fərqli olan daha bir məqam Obamanın builki çıxışında ilk dəfə 1915-ci ildə erməniləri xilas edən türkləri salamlaması olub.

Obamanın çıxışının mətnində ötənilki bəyanatından  fərqli olaraq daha  sərt ifadələrin yer alması qeyd olunur.  Məsələn, ötənilki müraciətində Obama 1915-ci il olaylarını “20-əsrin böyük qırğınlanlarından  biri” olaraq qiymətləndirmişdi. Bu il isə “20-ci əsrin ən dəhşətli qırğınlarından biri”  ifadəsi təsbit olunub.

Obamanın dilindən ilk dəfə “dəhşət və cinayət” ifadələri səslənib: “Gerçəkliklərin tam, açıq və ətrafli bir şəkildə qəbul olunmasını görmək hamımızın marağındadır. “Böyük fəlakət” erməni xalqının tarixində bir yıxılma dönəmidir və cinayətə uğrayanların heysiyyatı naminə  keçmişdəki böyük səhvlərin yenidən tərkarlanmaması üçün onların xatirəsini canlı tutmalıyıq”.

Obama erməni xalqının “yenilməz ruh”undan danışıb. “Erməni xalqının yenilməz ruhu onları yox etməyə qalxanların üzərində zəfər çalıb” deyən Obama “bir çox erməninin 1915-ci ilin qorxunc olaylarından qurtularaq ABŞ-a gəldiklərini, nəsillər boyunca erməni əsilli amerikalıların ABŞ toplumunu zənginləşdirdiyini, iqtisadiyyatını dəstəklədiyini və demokratiyasını gücləndirdiyini” qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu