Modern.az

Dünyanın ən qiymətli futbol klubu

Dünyanın ən qiymətli futbol klubu

25 Aprel 2010, 17:17

Amerikanın işgüzar dairələrinin mətbu orqanı olan “Forbs” jurnalı 18 dəfə İngiltərə Premyer-liqasının çempionu olmuş “MYu”-nu dalbadal altıncı dəfə dünyanın “ən qiymətli” futbol klubu adlandırıb. Bu nəşrin verdiyi məlumata görə, 2008-2009-cu illər mövsümündə mançesterlilərin Çempionlar Liqasında məğlub olmasına baxmayaraq, komandanın ümumi gəliri 1,835 milyard dollar olub. Eyni zamanda, bu Britaniya klubunun borcunun məbləği 1,1 milyard dollara çatıb.

Jurnal Madridin “Real” komandasını Avropanın ikinci futbol nəhəngi adlandırıb. Ötən mövsümdə bu klubun ümumi gəliri 1,323 milyard dollar olub. Londonun “Arsenal” klubu isə dalbadal üçüncü ildir ki, həmin göstəriciyə görə üçüncü yeri tutur.
“Forbs” ekspertlərinin hesablamalarına görə, “Arsenal” son mövsümü 1,181 milyard dollar mənfəətlə başa vurub. 

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI