Modern.az

Erməniləri ifşa edən məxfi sənədlər açıqlandı

Erməniləri ifşa edən məxfi sənədlər açıqlandı

Təhsil

26 Aprel 2010, 09:38

st1:*{behavior:url(#ieooui) }

Amerikada üzərində “çox məxfi” qrifi olan arxiv sənədləri erməni  iddialarını ifşa edir. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, erməni diasporasının ötən əsrin əvvəllərində Türkiyədə 1,5 milyon  erməninin yox edildiyinə dair qondarma iddialarını rədd edən çox məxfi arxiv sənədləri akşar olunub. Sənədlər erməni iddialarının yalandan başqa bir şey olmadığını üzə çıxarıb. Türk tarixçi alim Cezmi Yurtsevər ABŞ-ın Dövlət Arxivində “NARA 867.4016/816” nömrəli və üzərində 1961-ci ilə qədər açılması qadağan olunan “çox məxfidir” yazılmış sənədin surətini əldə edib.

 

“Amerikada ortaya çıxan arxiv sənədində ötən əsrin əvvəllərində İstanbul və Ankarada 281 min erməninin yaşadığı qeyd olunur. Dünyadakı bütün ermənilərin sayı isə 3 milyon göstərilir. Bu sənədlər 1915-ci il olayları sonucu 1,5 milyon erməninin “soyqırım”a uğraması yönündə erməni  diasporasının təbliğatının kökündən yanlış olduğunu sübut edir”,-deyə Yurtsevər bildirib.

Tarixçi qeyd edir ki, arxiv sənədlərdəki rəqəmlərin  şişirdilmiş olması və tarixi analiz olmadan verildyi nəzərə alınsa, gerçəkliklər bir o qədər də əks etdirmədiyini söyləmək olar. Tarixçi qeyd edir ki,  Ceyms Cerard imzalı şəxs tərəfindən ABŞ Dövlət Deportamentinə göndərilmiş məlumat “məxfi hesabat” kimi Dövlət Arxivində  saxlanılır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir