Modern.az

Səddamın müavini yaxalandı

Səddamın müavini yaxalandı

26 Aprel 2010, 09:41

İraqda sabiq prezident Səddam Hüseynin müavinlərindən olmuş, keçmiş vitse-prezident Hüseyn İzzət İbrahim Ad-Duri yaxalanıb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Səddamın keçmiş silahdaşı “Əl-Qaida” yaraqlılarına qarşı aparılmış hərbi əməliyyat gedişində  Xamir dağında yaxalanıb.

Qeyd edək ki, Ad-Durinin başına 10 milyon dollar  mükafat ayrılmışdı. O, Səddamın hakimiyyəti dövründə İraq İnqilab Komandanlığı  Şurasının sədr müavini olub.  Səddamın devirlməsinə qədər o, gizli müxalifət bloku yaradıb. Məlumatda qeyd olunur ki, Ad Duri Səddamın devrilməsindən sonra İraq hökumət əleyhinə hərbi birləşmələrə rəhbərlik edib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı