Modern.az

Azərbaycan klubu UEFA kuboku yarışında 3-cü oldu

Azərbaycan klubu UEFA kuboku yarışında 3-cü oldu

26 Aprel 2010, 10:16

Aprelin 25-də Portuqaliyada futzal üzrə UEFA kuboku yarışlarının qalibləri bəlli olub. Modern.az xəbər verir ki, üçüncü yer uğrunda oyunda  «Luparense» (İtaliya) Azərbaycan təmsilçisi «Araz»la qarşılaşıb. Oyunun əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Penaltilər seriyasında rəqibinə 5:4 hesabı ilə qalib gələn "Araz" Avropa üçüncüsü olub.    

UEFA kuboku isə yeni sahibinə qovuşub. Finalda meydan sahibləri – "Benfika" İspaniya təmsilçisi "İntervyu"ya əlavə vaxtda 3:2 hesabı ilə qalib gələrək, turnirin qalibi adını qazanıb.  

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər