Modern.az

Obama üçün qolf oynamaq erməni iddialarından danışmaqdan daha maraqlıdır

Obama üçün qolf oynamaq erməni iddialarından danışmaqdan daha maraqlıdır

26 Aprel 2010, 10:23

Barak Obama üçün qolf oynamaq qondarma erməni “soyqırım”ı barədə danışmaqdan üstündür. Modern.az xarici mətbuata istinadən xəbər verir ki,  Türkiyə və Ermənistanda “soyqırım”la bağlı ajiotaj hökm sürərkən Amerika prezidenti Barak Obama daha çox uik-endlə məşğul idi.  Obama aprelin 24-də də qolf oyunundan qalmayıb. Qondarma erməni iddiaları barədə  danışmaq Obama üçün o qədər maraqsızdır ki, Birləşmiş Ştatlar prezidenti 1915-ci il olayları il bağlı müraciətini də qolf meydanından edib. Xarici təhlilçilərə görə, Obamanın erməni diasporunu  çox pərt edən 14 aprel açıqlamasını qolf meydanından etməsi bu məsələnin Amerka prezideti üçün nə qədər anlam daşıdğını ortaya qoyub. Türklər və Ermənilərin Obamanın “soyqrım” deyib-deməyəcəyini maraqla izlədiyi bir vaxtda Obama Şimali Arizona  ştatının Arşvill şəhərində ailəsi ilə istirahət edib. Obama  Ağ evin əməkdaşları ilə qolf oynayıb. Obamanın 24 aprel açıqlaması da onun qolf oynayıb qəzetçilərə şəkil çəkdirirkən yayımlanıb. Məlum müraciətin yayılmasından sonra Vaşinqtonda türk və erməni diaspora üzvləri aksiyalar keçiriblər, Obama cütlüyü isə Arşvil şəhərini gəziblər, ürəkləri istəyənə qədər vaxt keçiriblər. Bu durum iki ölkənin böyük önəm verdiyi olayların Amerika prezildent üçün nə dərəcədə önəmli olub-olmadığının götəricisidir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir