Modern.az

Corc Buş kitab yazıb

Corc Buş kitab yazıb

İqtisadiyyat

26 Aprel 2010, 12:19

Amerikanın sabiq prezidenti kiçik-Corc Buş kitab yazıb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Buş kitabını noyabrın 9-da oxucuların ixtiyarına verəcək. Sabiq prezident mətbuata verdiyi açıqlamada ənənəvi memuar yazmadığını, həyatının ən başlıca qərarlarına dair kitab yazdığını bildirib. Kitabda 11 sentyabr partlayışları, Buşun prezident seçilməsi, içkini necə buraxması və onun öz ailəsinə olan münasibəti  ətraflı şərh olunur. 

Qeyd olunur ki, Corc Buş Ağ evi tərk etdikdən  sonra heç bir müsahibə verməyib, rəsmi və qeyri- rəsmi görüşlərdə də iştirak etməyib. Bütün bu müddət ərzində o, kitab yazmaqla məşğul olub. Kitab Buşun prezidentliyi dövründə və şəxsi həyatında başlıca qərarları necə qəbul etməsinə həsr olunub.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub