Modern.az

Erməni katalikosu II Qaregin Bakıdadır

Erməni katalikosu II Qaregin Bakıdadır

Təhsil

26 Aprel 2010, 12:26

Bu gün Bakıdakı “Gülüstan” sarayında Ümumdünya Din Xadimlərinin Sammiti öz işinə başlayıb. Tədbirdə iştirak etmək üçün  bütün ermənilərin katalikosu II Qaregin də Bakıdaya gəlib. II Qaregin Dini Liderlərin Ümumdünya Sammitində çıxış da edib. O, çıxışında dünyadakı müharibə və terrorizmə son qoyulmalı olduğunu bəyan edib.
"Din xadimlərinin borcu dünyada, regionda mövcud ekoloji və milli münaqişələrin həllinə kömək etməkdən ibarətdir",- deyə erməni katalikosu bildirib.

Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunan II Qaregin bu münaqişə ətrafında həll prosesini ATƏT-in Minsk qrupunun apardığını və dövlət başçılarının da yüksək səviyyəli dialoqunun nəzərdə tutulduğunu deyib.

"Necə xoşbəxt bir gün olardı ki, regiondakı bütün sərhədlər açılardı və münaqişələr həll olunardı”,- deyə II Qaregin vurğulayıb.

Bütün ermənilərin katalikosu dinlərarası növbəti sammitin İrəvanda keçirilməsini əsas gətirərək, bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadəni həmin sammitə dəvət edib.

Bakıda keçirilən Dünya Dini Liderlərinin sammiti çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə, Moskva və bütün Rusiyanın patriarxı Kirill və bütün ermənilərin katolikosu II Qaregin arasında danışıqlar aparılıb. Görüşdən sonra keçirilmiş brifinqdə çıxış edən dini rəhbərlər onun çox uğurlu olduğunu və müzakirə edilən əsas məsələnin Dağlıq Qarabağ münaqişəsinin çözümündə din xadimlərinin müsbət iştirakı olub. Üç dini lider görüşdən sonra birgə bəyannamə imzalayıblar. Bu, Qarabağ münaqişəsi başlayandan bəri erməni katalikosunun Azərbaycana ilk səfəridir. Katolikos Qaregin deyib ki, indi əsas vəzifə Qarabağ çözümündə "prezidentlərə dəstək verməkdir". Rus patriarxı Kirill bildirib ki, dini xadimlərin belə görüşləri sülh naminə ictimai rəyə müsbət təsir edə bilər və Qarabağ çözümündə mühüm irəliləyişə dəstək olar.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı