Modern.az

Azərbaycanda immunlaşdırma həftəsi keçirilir

Azərbaycanda immunlaşdırma həftəsi keçirilir

Təhsil

26 Aprel 2010, 18:20

26 aprel -2 may tarixdə Azərbaycanda immunlaşdırma həftəsi keçiriləcək.  Bu barədə Modern.az-a BMT-nin İctimai İnformasiya Departamentindən məlumat verilib.

Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun immunlaşdırma həftəsi keçirmə təşəbbüsünə Azərbaycan ilk dəfə 2007-ci ildə qoşulub. Azərbaycandakı immunlaşdırma həftəsinin əsas məqsədləri aşağıdakılardır:

Körpə və uşaqlar arasında respirator xəstəliklər səbəbi ilə olüm və xəstələnmə hallarının azaldılması məqsədi ilə yeni vaksinlərin tətbiq edilməsi;

Planlı immunlaşdırma əhatəsinin yerlərdə yüksəldilməsi üçün əhalinin məlumatlandırılma səviyyəsinin artırılması;

Minilliyin İnkişaf Məqsədlərinə çatmaq naminə qızılca və məxmərək xəstəliklərinin eliminasiyası (aradan qaldırılması) ilə əlaqədər  bu xəstəlikər üzərində nəzarətin  gücləndirilməsi.

İmmunlaşdırma həftəsi ərzində planlı immunlaşdırmadan hər hansı bir səbəbdən kənarda qalan uşaqların milli peyvənd təqviminə uyğun peyvəndlərlə əhatə olunmasını hər bir yerli tibbi müəssisə tərəfindən təmin ediləcək.              

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü