Modern.az

II Qaregin Bakıdakı erməni kilsəsində olub

II Qaregin Bakıdakı erməni kilsəsində olub

Təhsil

26 Aprel 2010, 18:42

Dini Liderlərin Ümumdünya sammitində iştirak üçün Bakıda səfərdə olan Moskva və Ümumrusiya patriarxı Kirill və bütün ermənilərin katalikosu II Qaregin bu gün erməni kilsəsində olublar. ANS-in məlumatına görə, dini liderlərin təhlükəsizliyi baxımından kilsə ərazisi polis tərəfindən əhatəyə alınıb. Bu səbəbdən ərazidə çəkiliş aparmağa icazə verilməyib.

Xatırladaq ki, Dini Liderlərin Ümumdünya Sammiti bu gün işinə başlayıb. Sammit çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, Moskva və Ümumrusiya patriarxı ikinci Kirill, bütün ermənilərin katolikosu II Qaregin arasında üçtərəfli görüş keçirilib. Görüşdən sonra isə 3 dini lider birgə bəyannamə qəbul ediblər. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir