Modern.az

Millət vəkili: “Ermənistan bilir ki, torpaqlarımızı azad etməyə qadir orduya malikik”

Millət vəkili: “Ermənistan bilir ki, torpaqlarımızı azad etməyə qadir orduya malikik”

Parlament

26 Aprel 2010, 20:51

Milli Məclisin deputatı, “Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin üzvü Həvva Məmmədova Modern.az-a bildirib ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin aprelin 23-də Müdafiə Nazirliyindəki müşavirədə səsələndirdiyi butun fikirlər Azərbaycan xalqının ürəyindən gələn arzu və istəkləri ifadə edir.

“Azərbaycan ordusunun inkişafı, gücu, dövlət büdcəsindən Silahlı Qüvvələrin qüdrətlənməsi üçun ayrılan vəsaitin ilbəil artması hər bir azərbaycanlının, o cumlədən qaçqın və məcburi köçkunlərin inamını möhkəmləndirir. Bütun Azərbaycan ərazisinə səpələnmiş qaçqın və məcburi köçkunlərdə də bir istək var ki, Ali Baş Komandanımızın həyata keçirdiyi ordu quruculuğunda yaxından iştrak etsin. Bü gün biz inamla deyə bilərik ki, əgər torpaqlarımız sulh yolu ilə işğaldan azad olunmazsa, Milli Ordumuz düşmənə layiqli cavab vermək gücündə olacaq”. H.Məmmədovanın sözlərinə görə, 23 aprel müşavirəsində həm Ali Baş Komandanın, həm də müdafiə nazirinin Silahlı Qüvvələrimiz barədə müsbət fikirlər söyləməsi Azərbaycan ordusunun çevik, müasir standartlar səviyyəsində qurulduğunu deməyə əsas verir. “Biz artıq qətiyyətlə deyə bilərik ki, Azərbaycan ordusu 15 il əvvəlki ordu deyil. Silahlı Qüvvələrimizin malik olduğu döyüş texnikası, silahlar, ordunun digər istiqamətlərdəki təminatı ordumuzun müasir standartlara uyğunlaşdırılmasının göstəricisidir. Ali Baş Komandanın ordu qurucluğu istiqamətindəki atdığı addımlar bizi də ordumuzun çiçəklənməsi uçun əliməzdən gələni əsirgəməməyə məcbur edir”. Millət vəkilinin sözlərinə görə, Milli Ordunun digər Cənubi Qafqaz ölkələrinin Silahlı qüvvələri ilə müqayisədə daha güclü və modern olduğu barədə deyilənlər sadəcə sözdən ibarət deyil.

“Ermənistanda ordu islahatı barədə məlumatlarımız var. Hamımız bilirik ki, Ermənistan ordusunda fərarilik baş alıb gedir, ərzaq və digər təminat aşağı səviyyədədir”. Həvva Məmmədova deyir ki, Azərbaycan ordusuna ayrılan budcənin Ermənistanın dövlət budcəsinə bərabər olması qonşu dövləti çox ciddi şəkildə narahat etməkdədir. Onun fikrincə, ermənilərin dunyada apardığı terror siyasəti və yalançı təbliğatlar Ermənistanı getdikcə nüfuzdan salır: “Ermənistan başa duşür ki, Azərbaycan öz torpaqlarının bir qarışından keçməyəcək. Hər bir Azərbaycan vətəndaşı Vətənin işğaldan azad edilməsi uçun hər an səfərbərliyə hazır olmalıdır. Ermənistan öz təcavuzkar siyasətindən əl çəkməsə, bizim yeganə yolumuz torpaqlarımızı güc yolu ilə işğaldan azad etməyə qalır. Hesab edirəm ki, Ermənistanın tutduğu yol da muharibəni qaçılmaz  edir. Ermənistan bilir ki, Azərbaycan hər zaman öz torpaqlarını azad etməyə qadir olan güclü orduya malikdir”.

 

Mail AĞAXANOV

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir