Modern.az

Medvedev Ankarada Qarabağ münaqişəsini müzakirə edəcək

Medvedev Ankarada Qarabağ münaqişəsini müzakirə edəcək

26 Aprel 2010, 21:03

Rusiya prezidenti Dmitri Medvedevin Ankaraya səfəri gözlənilir. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu bildirib. Səfər çərçivəsində Qarabağ münaqişəsinin həllinə dair müzakirələr keçiriləcək. Medvedevin Ankara səfəri  mayın 11-12-də nəzərdə tutulub. Davutoğlu qeyd edib ki, Qafqazdakı indiki status-kvo  region ölkələrinin maraqlarına cavab vermir. “Biz bu problemə  öz problemimiz kimi baxır və bu istiqamətdə səylərimizi davam etdirəcəyik”,-deyə Türkiyə XİN  başıçı deyib.

 

Modern.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu və Rusiya XİN başçısı Sergey Lavrov arasında telefon danışığı olub. Rusiya XİN-in məlumatına  görə, türk tərəfin təşəbbüsü ilə keçirilən danışıqda  regiondakı vəziyyət və ikitərəfli əməkdaşlıq məsələləri  müzakirə olunub.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir