Modern.az

Sloveniyada Mehdi Hüseynzadənin xatirəsi yad olunacaq

Sloveniyada Mehdi Hüseynzadənin  xatirəsi yad olunacaq

Təhsil

27 Aprel 2010, 09:38

Sloveniyanın Nova Qoritsa şəhərində Sloveniyanın Milli Müqavimət Gününə həsr olunmuş mərasim keçirilib. Modern.az xəbər verir ki, mərasimdə Sloveniyanın prezidenti Danilo Türk, baş nazir Borut Pahor, ölkə parlamentinin sədri Pavel Qantar, yüksək səviyyəli hökumət nümayəndələri, deputatlar, diplomatik korpusun təmsilçiləri, müharibə veteranları və partizan dəstələrinin üzvləri iştirak ediblər.

Sloveniya parlamentinin sədri Pavel Qantar tədbiri açaraq, sloven xalqının faşizmə qarşı apardığı mübarizə, qələbənin əldə olunmasında göstərilən xidmətlərdən bəhs edib.

Tədbir çərçivəsində Azərbaycanın Sloveniyadakı müvəqqəti işlər vəkili Gəray Muradov Sloveniyanın prezidenti Danilo Türk ilə qısa söhbəti olub.  Söhbət zamanı Azərbaycan rəhbərliyinin xoş arzuları və təbrikləri D.Türkün diqqətinə çatdırılıb. Eyni zamanda 9 May – Qələbə Günü münasibətilə keçiriləcək tədbirlərdə Sovet İttifaqı qəhrəmanı, Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin əziz xatirəsinin yad olunacağı qeyd edilib.  Mehdi Hüseynzadənin abidəsi ucaldılmış Şempas qəsəbəsində mərasim keçiriləcək. Nova Qoritsa şəhərinin meri Mirka Bruliç ilə müvafiq tədbirlərin hazırlanması ilə bağlı iş aparılır. Həmçinin, “Salnamə” sənədli filmlər studiyasında istehsal olunan “Təxəllüsü Mixaylo” filmi Şempas və Nova Qoritsada nümayiş etdiriləcək.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır