Modern.az

Disket erası sona yetir, o daha istehsal olunmayacaq

Disket erası sona yetir, o daha istehsal olunmayacaq

Təhsil

27 Aprel 2010, 14:50

"Sony şirkəti" 3,5 düymlü disketlərin istehsalını dayandırır. Bu addımla şirkət 20 il ərzində geniş istifadə olunan formatın tarixinə son nöqtəni qoyur. "Sony" 2011-ci ilin mart ayından etibarən 3,5 düymlü disketlərin Yaponiya bazarında satışını dayandırmaq niyyəti barədə elan edib.

İki il bundan əvvəl 3,5 düym formatlı disketlərin dünya bazarında 40 faizi məhz "Sony"nin payına düşürdü, şirkətin Yaponiyanın disket bazarında hazırkı payı isə 70 faiz təşkil edir.
Ötən il "Sony" Yaponiya ticarət şəbəkəsinə 8,5 milyon floppi-disklər təqdim etmişdi, lakin bu maksimal satış həcmi müşahidə olunan 1995-ci illə müqayisədə 10 faizdən də aşağı göstəricidir.
İlk dəfə 1981-ci ildə buraxılmış 3,5 düymlü disketlər 20 ildən çox müddət ərzində bir kompüterdən digərinə məlumat ötürmək imkanı verən əsas informasiya daşıyıcısı hesab olunurdu. İndiyədək əksər ofis proqramlarında informasiyanın saxlanılması komandası məhz bu cür disketlərin piktoqramı kimi göstərilir ki, bu da həmçinin floppi-disklərin keçmiş populyarlıq və tanınmasından xəbər verir.
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir