Modern.az

İsrail parlamenti qondarma “erməni soyqırımı” məsələsini müzakirə etməyəcək

İsrail parlamenti qondarma “erməni soyqırımı” məsələsini müzakirə etməyəcək

Parlament

27 Aprel 2010, 15:17

Qondarma “erməni soyqırımı” İsrail parlamentində - Knessetdə müzakirəyə çıxarılmayacaq. Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Məclisinin yəhudi əsilli millət vəkili Yevda Abramov məlumat verib. Y.Abramov deyib ki, İsrail parlamentinin deputatları ilə əlaqə saxlayıb və ona bildirilib ki,

Knesset qondarma “erməni soyqırımı” ilə bağlı məsələnin müzakirə etməyəcək. 

Qeyd edək ki, bir neçə ildir ki, Knessetdə 3 deputatla təmsil olunan “Meres” fraksiyası tərəfindən erməni məsələsi qaldırılır. Amma “Meres” marginal fraksiyadır və Knessetdə heç bir təsiri yoxdur.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir