Modern.az

Nalbandyan:”Ermənistan irəli addım atmağa hazırdı”

Nalbandyan:”Ermənistan irəli addım atmağa hazırdı”

Təhsil

27 Aprel 2010, 16:08

 Ermənistan Ankaranın iki ölkə arasıında diplomatik münasibətlərin qurulmasını nəzərdə tutan müqaviləni imzalamağa hazır olması təqdirdə  irəliyə doğru addım atmağa hazırdır. Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Edvard Naldandyan bildirib. “Əgər Türkiyə hər hansı ilkin şərt olmadan təkrarən tərəfdaşımız olaraq əlaqələri inkişaf etdirməyə və müqavilələri imzalamağa hazır olarsa, biz da daha irəli addım atmağa hazırıq”,-–deyə Nalbandyan Ermənistanın ictimai televiziyasına verdiyi müsahibədə bildirib. 

“Yeni və ya keçmiş tərəfdaş olacağımıza qərar verəcək olan Türkiyə” deyən Nalbandyan qeyd edib ki, “hər hansı ilk şərtlər irəli  sürmədən əlaqələri  inkişaf etdirmək  imkanı qazandıq. Bizim və beynəlxalq birlik üçün bu, doğru olan yeganə yoldur. Əgər Türkiyə yenidən prosesi başlasa, biz də öz tərəfimizdən müvafiq addımlar atarıq”. Türkiyə ilə müzakirələrin yenilənməsinin gərəksiz olduğunu deyən Nalbandyan əlavə edib ki, “İrəvan, Ermənistan – Turkiyə prosesinə (münasibətlərin  normallaşması prosesi ) sırf prosesə qatılmaq xatirinə qatılmayıb. Ermənistan prosesi başlatdı. Təsdiqlənməsi vacib olan protokolları imzaladıq, ancaq proses dalana dirəndi”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi