Modern.az

Moldova Rusiyadan təzminat tələb edir

Moldova Rusiyadan təzminat tələb edir

27 Aprel 2010, 17:43

Rəsmi Kişinyov Rusiyadan sovet dövründə Moldovaya vurulmuş zərərin ödənilməsi üçün təzminat tələb edir. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Moldovanın prezident səlahiyyətlərini icra edən Mixay Qimpu bildirib. “Sırf hüquq dilində danışsaq, deyə bilərəm ki, gündəmdə  belə bir məsələ durur. Biz birmənalı şəkildə faşizmi ittiham edirik, faşizmə qarşı döyüşmüş və qələbə qazanmış əsgərlərə minnətdarıq. Buna heç bir şübhə olmamalıdır. Lakin  faşizm üzərində qələbədən sonra Moldova ərazisində zorakı şəkildə totalitar kommunist rejimi yaradılıb”deyən Qimpu əlavə edib ki, kommunist və faşist rejimləri arasında heç bir fərq görmür. Kommunizmin bərqərar olmasından sonra əsil faciə - deportasiya, aclıq, milliləşdirmə başladı. Bu isə bizim xalqa zərər vurub. “Almaniya digər ölkələrin faşizmdən zərər gördüyünü etiraf edib və rejim qurbanlarına kompensasiya ödəyib. Kommunizm isə öz səhvlərini hələ də etiraf etməyib”,-deyə Qimpu bildirib.

Onun sözlərinə görə, sovet rejiminin Moldovaya vurduğu ziyan milyard dollarlarla ölçülür. Totalitar rejimin vurduğu fəsadları araşdıran parlament komissiyası müəyyən edib ki, Rusiya Moldovaya 28 milyard dollar ziyan vurub. Moldova parlamentinin üzvü Vyaçeslav Stevilo qeyd edib ki, SSRİ-nin varisi kimi Rusıya 28 milyard dolları kompensasiya kimi Moldovaya ödəməlidir.  

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi