Modern.az

Rusiyalı həmsədr İrəvandadır

Rusiyalı həmsədr İrəvandadır

27 Aprel 2010, 17:50

ATƏT-in Minsk qrupunun Rusiyadan olan yeni həmsədri İqor Popov Ermənistandadır. Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, bu gün Popovu xarici işlər naziri Edvard Nalbandyan qəbul edib. Nalbandyan Popovu Minsk qrupunda həmsəd təyin olunması münasibətilə təbrik edib. Ermənistan XİN başçısı ümidvar olduğunu bildirib ki,  yeni həmsədr Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə vacib töhvə verəcək. Yeni həmsədr söhbət zamanı bəyan edib ki, Qarabağ münaqişəsinin həlli üçün maksimum səylər göstərəcək. Söhbət gedişində tərəflər danışıqlar prosesi ətrafında yaranmış son vəziyyəti müzakirə ediblər. Popov Bakıda Azərbaycan rəhbərliyi ilə apardığı görüş təəssüratları barədə məlumat verib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir