Modern.az

Gənclər parlament seçkiləri ilə bağlı toplaşacaqlar

Gənclər parlament seçkiləri ilə bağlı toplaşacaqlar

Parlament

27 Aprel 2010, 18:46

“Ölkədə gedən sürətli inkişafın əsas istiqaməti məhz demokratik cəmiyyətin qurulması, iqtisadi inkişaf, insanların seçki hüququndan istifadə etmələridir. Bu gün bu proseslər  Azərbaycanda həyata keçirilir. Bu istiqamətdə gənclərin də rolu var”. Bu fikirləri Modern.az saytına millət vəkili, Gənclər Təşkilatları Milli Şurasının sədri Fuad Muradov deyib. Onun sözlərinə Gənclər Təşkilatları Milli Şurası olaraq hər seçki ərəfəsində ilk dəfə səsverən gənclərlə, onların seçkiyə cəlb olunması ilə bağlı maarifləndirmə işi aparırlar : “Eyni zamanda gənclərin də ictimai-siyasi proseslərdə aktiv iştirak etmələri üçün müxtəlif tədbirlər həyata keçiririk. Aprelin 29-da Gənclər Təşkilatı Milli Şurası üzlərinin iclası olacaq. İclasda əsas məsələ kimi qarşıdan gələn parlament seçkilərində gənclərin iştirakı ilə bağlı fikir mübadiləsi aparlıcaq. Biz istəyirik ki, Milli Şuraya üzv olan 60 təşkilatın hər biri öz fikrini bildirsin. Bu istiqamətdə hansı işlər görmək lazımdırsa, biz birgə müzakirə edəcəyik və seçki ərəfəsində gənclərin seçkilərdə iştirakı ilə bağlı müəyyən addımlar atılacaq”.

Deputat bildirib ki, 2005-ci ildəki parlament seçilərində, 2008-ci ildəki prezident seçkilərində də gənclər səsvermə hüququndan yüksək səviyyədə istifadə ediblər: “Son bələdiyyə seçkilərində də gənclərin ictimai-siyasi proseslərə marağı böyük olub. Təbii ki, biz bunu ümumi prizmadan götürməliyik. Amma ümumiyyətlə, siyasi partiyalarda gənclərin faiz dərəcəsi çox deyil. Bu da onu göstərir ki, gənclər ola bilsin siyasi partiyalarda iştirak etmirlər. Amma öz fikirlərini seçki vasitəsilə bildirilər.Yəni bu iki prizmanı həmişə nəzərə almalıyıq.

Bu istiqamətdə bizim üzərimizə düşən vəzifə, məsuliyyət ondan ibarətdir ki, seçkinin nəyə görə lazımlı olması, gənclərin prosesdə iştirakının nəyə görə vacib olması onlara dəqiqi şəkildə çatdırılmalıdır”.

 

Təhminə PAŞAYEVA

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?